“Ermənistan torpaqlarımızı işğal etdiyi 30 ildə xülyalarla, yeni arzularla yaşayırdı. Ona görə də 28 ildə torpaqları işğaldan edilməklə danışıqlar aparılsa da, Ermənistan heç bir konstruktiv addım atmadı, BMT TŞ-nın qətnamələri və digər beynəlxalq sənədləri icra etmədi. Bu, beynəlxalq hüquqa qarşı hörmətsizlik idi. Ermənistanda baş nazir Nikol Paşinyan seçiləndən sonra Azərbaycanı aşağılamaq cəhdləri artmışdı. Beləki, keçmiş müdafiə naziri yeni ərazilər uğrunda yeni müharibə edəcəyini, azərbaycanlılar heç vaxt müharibə edə bilməyəcəklərini və baş nazir Paşinyan Cıdır düzündə sərxoş olaraq rəqs edir və “Qarabağ, Ermənistandır” deyirdi. Artıq səbr kasamız dolmuşdu və ciddi qərarlar qəbul etmək zamanı yetişmişdi”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, həmin dövrdə danışıqlar heç bir nəticə verməmiş, münaqişəni tənzimləmək üçün mandat almış ATƏT-in Minsk qrupu boşuna səfərlər edir və status kvonu əbədiləşdirməyə çalışırdı.

“Prezident İlham Əliyev Soçidə V Diskusiya Klubunda çıxışı zamanı “Qarabağ, Azərbaycandır və nida işarəsi” bəyan edərək müharibənin qaçılmaz olacağı ilə bağlı Ermənistanı və onun havadarlarını xəbərdar etmişdi. Ermənistan isə bizim çağırışlarımıza məhəl qoymur və davamlı təxribatlar törədirdi. 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan xalqımızın 30 ildə gözlədiyi qərarı verdi və hamı Dəmir yumruqa çevrilərək 44 gündə ərazilərimiz işğaldan azad edilərək bayrağımız Şuşaya sancıldı. 10 noyabrda imzalanmış kapitulyasiya sənədinə əsasən Ermənistan bir sıra məsələlərin icrasını öhdəsinə götürmüşdü”-deyən deputat bildirir ki, müharibənin bitdiyi ilk aylarda Ermənistan müəyyən addımlar atsa da, sonra yenə də xaincəsinə revanşist bəyanatlar səsləndirməyə başladı. Ordumuz öz işini görür və suverən ərazilərimizin sərhədlərini möhkəmləndirilməsinə davam edirdi.
Azər Badamovun fikrincə, zaman Azərbaycanın xerinə işləyir.
“Biz “müharibə istəmirik” desək də torpaqlarımızın bir qarışını belə Ermənistana güzəştə getməcəyini bəyan edir və Paşinyanın "Qarabağ, Azərbaycandır!" deməsini tələb etdik. Müharibənin bitdiyi 2,5 ildə Aİ, ABŞ və Rusiyanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında bir sıra görüşlər keçirldi və nəhayət Paşinyanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın suverən ərazisi olduğunu, anklavların qaytaracağını, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı məslələri bəyan etməyinə məcbur etdik. Amma bununla yanaşı Ermənistan konstruktiv mövqe sərgiləmir və yenidən təxribatlara əl ataraq sülh müqaviləsinin imzalamasından, boyun qaçırmaqda davam edir”-deputat qeyd edib. Onun sözlərinə görə, 28 mayda laçınlılarla görüşü zamanı Prezident İlham Əliyev Ermənistana və Qarabağda yaşayan ermənilərə çox ciddi xəbərdalıq etdi: “Beləki, Miatsum və separatizm kitabının bağlandığını, Qarabağda yaşayan ermənilərin müstəqillik və status məsələlərini ikinci Qarabağ müharibəsi zamanı zibil yeşiyinə gündərdiyimizi qeyd edərək, Qarabağda yaşayan ermənilərin qısa bir zamanda Azərbaycan vətəndaşlığını qəbul etməli olduqlarını bildirdi. Əks halda, antiteror əməliyyatı qaçılmaz olacaq və müzəffər ordumuz separatçıları güc yolu ilə silahsızlaşdıracaq və ermənilərin yaşadıqları ərazilərimizdə də dövlət quruluşu bərpa olunacaqdır. Həm də ölkə başçımız Ermənistan delimitasiyanı istəmirsə ordumuz istədiyi nöqtədə dayanacağını və oranı sərhədimiz hesab olunacağı bəyan etdi”.
Deputatın fikrincə, Ermənistan və Qarabağda yaşayan ermənilər Prezident İlham Əliyevin xəbərdarlığından çox ciddi nəticə çıxarmalıdırlar. Çünki Prezident İlham Əliyevin dediyi hər bir sözün reallaşacağını Ermənistan və onun havadarları yaxşı bilirlər.
“Bu gün də Kişinyovda beştərəfli görüş gözlənilir və sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə olunacaq. Bu görüşdə hər hansı bir sənədin imzalanacağını düşünmürəm. Amma görüşlərin harada keçirilməsindən asılı olmayaraq mövqeyimiz dəyişməzdir və Ermənistanın mövqeyimizlə razılaşmaqdan başqa yolu yoxdur”-deyən Azər Badamov hesab edir ki, keçirilən hər bir görüş sülh müqaviləsinin imzalanmasını bir az da yaxınlaşdırır. Onun fikrincə, əslində sülh müqaviləsinin imzalanması üçün mübahisə doğuracaq ciddi bir problem də yoxdur. Sadəcə Ermənistan konstruktiv mövqe nümayiş etdirilərsə, ölkələrimiz arasında sülh bağlı sənəd yaxın dövrdə imzalana bilər.
İradə Cəlil, Bizimyol.info