Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Simonyan։ "İrəvan Bakı ilə sülh müqaviləsinin həyata keçirilməsi üçün qarant ölkə seçməlidir"
Simonyan։ "İrəvan Bakı ilə sülh müqaviləsinin həyata keçirilməsi üçün qarant ölkə seçməlidir"

Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdır, lakin bunun üçün ən güclü mexanizm seçmək lazımdır.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə keçirdiyi brifinqdə deyib. O, əlavə edib ki, danışıqların aparıldığı bütün mərkəzlər sazişin həyata keçirilməsinin təminatçısı olmağa hazırdır. Lakin Ermənistan tərəfi üçün bu qarantın razılaşmalara əməl olunması məsələsində ardıcıl olması vacibdir. Bu kontekstdə Simonyan bildirib ki, şəxsən o, “noyabrın 9-da üçtərəfli razılaşmaların həyata keçirilməsinin tərəfdarı olan qarantın davranışı və bəyanatlarından razı deyil”.

“Bizim üçün 9 noyabr təcrübəsi var və biz keçmişin səhvlərini təkrar etməyəcəyik”, - deyə spiker bildirib. “O, Rusiyanı nəzərdə tuturmu?” sualına isə Simonyan mənfi cavab verib və izah edib ki, söhbət qarantın daha aydın və başa düşülən mexanizmlərindən gedir. Bundan əlavə, jurnalistin “ATƏT-dən nümunə götürərək, beynəlxalq formatdan söhbət getməsi” ilə bağlı iradına cavab olaraq parlamentin spikeri əlavə edib ki, onun fikrincə, bir ölkə zamin qismində çıxış etsə, daha yaxşı olar.

“Təcrübə göstərir ki, bir neçə ölkə prosesə cəlb edildikdə, ya onların arasında olan münaqişə səmərəli işə mane olur, ya da məsuliyyəti bir-birinin üzərinə atmağa çalışırlar”, -deyə Simonyan vurğulayıb. Bu kontekstdə o, qərarların konsensusla qəbul edildiyi KTMT-ni misal çəkib. Onun sözlərinə görə, burada Rusiyanın üstünlük təşkil etməsi göz qabağındadır, lakin bu, qərarların qəbulunda həmişə rol oynamır. O, xatırladıb ki, Ermənistan iki sənədi imzalamaqdan imtina edib.

"Ona görə də yaxşı olardı ki, bir ölkə (zəmin - red.) olsun. Bu, Rusiya, Fransa və Almaniya ola bilər. Amma dəqiq mexanizmləri olan bir ölkə”,- deyə spiker, əlavə edib. Onun sözlərinə görə, etnik təmizləmə və ya atışma zamanı partnyorun necə hərəkət edəcəyini aydın şəkildə düzəltmək lazımdır.

"Gülməli və hamımızı qıcıqlandıran formada tərəfləri təmkinli olmağa çağıracaq? Yoxsa heç nə baş verməyib deyə, bir generalı digərinə dəyişəcək? Yox, bu mexanizm işləmir",- deyə spiker yekunlaşdırıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »