Operativ və xüsusi rabitə ilə Rusiya Federasiyası Prezidentinin Administrasiyası Moskvada yüksək vəzifəli rus məmurlarının müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın ərazisində yeni bomba sığınacağı tikməyə hazırlaşır.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyasının dövlət satınalmaları portalında mayın 26-da çıxıb, ilkin dəyəri 35 milyon rubl (demək olar ki, yarım milyon dollar) təşkil edir. Sənədlər, Rusiyanın yüksək rütbəli məmurlarının və siyasətçilərinin müalicə olunduğu Moskva Mərkəzi Klinik Xəstəxanasının yerləşdiyi ərazini göstərir. Satınalmada nəzərdə tutulan işlərin 20 dekabr 2023-cü il tarixində başa çatdırılması planlaşdırılır. Sənədlərdə bomba sığınacağının sahəsi və onun tutumu göstərilmir, lakin onların Mərkəzi Klinik Xəstəxananın “mülki müdafiənin mühafizə strukturunda”, məsələn, əməliyyat otaqları, əməliyyatdan əvvəlki və soyunub-geyinmə otaqları ərazisində olacağı ehtimal edilir.
Müqavilə layihəsində həmçinin qeyd olunur ki, bomba sığınacağında “dövlət mühafizəsi obyekti olan vəzifəli şəxslər üçün” xüsusi rabitə sistemlərinin fəaliyyətini, habelə “müvafiq vəzifəli şəxslərin məxfi məlumatların sızmasına qarşı binalarının texniki mühafizə vasitələri ilə təchiz edilməsini təmin etmək lazımdır”.
Leyla Mirzə, Bizimyol.info