Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək”
“Ermənistan Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək”

Sukiasyan: "Erməni təyyarələri üçün Türkiyə səmasının qapalı olması məsələsini ölkənin aviasiya idarələri avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir".

Bizimyol.info xəbər verir ki, bunu Sputnik Ermənistan və Mediahub müxbirlərinə müsahibəsində “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan deyib.

Məlumat üçün bildirək ki, Sukiasyan ailəsinə məxsus Ermənistanın “FlyOne” aviaşirkəti aprelin 29-dan etibarən İstanbul və bir sıra Avropa ölkələrinə uçuşlar həyata keçirmir, çünki Türkiyə Ermənistan təyyarələrinin öz hava məkanını keçməsini qadağan edib. Türkiyə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana xidmət edən “Air Force One” üçün də hava məkanını bağlayıb.

“Bu məsələni Ermənistanın Nəqliyyat Nazirliyi və aviasiya hakimiyyət orqanları avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir”, - deyə Sukiasyan bildirib. Millət vəkili qeyd edib ki, əvvəlki kimi o, Ermənistan-Türkiyə sərhədlərinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalır. Siyasətçi mövqeyini onunla izah edib ki, Ermənistan bütün qonşu ölkələrlə - Gürcüstan, İran, Türkiyə və Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək.

"Mən bunun tərəfdarıyam, çünki başa düşürəm ki, bu, ölkəm üçün faydalıdır. Əgər Ermənistan məhsulları Türkiyə vasitəsilə Avropaya ixrac edilərsə, həm nəqliyyat xərcləri azalar, həm də mallar rəqabətə davamlı olar", - deyə deputat izah edib. Siyasətçi həmçinin əmindir ki, Ermənistan nəqliyyat qovşağına çevrilə bilər və təbii ki, bundan faydalanacaq. Üstəlik, onun fikrincə, Ermənistan blokadada olmasaydı, ölkədə iri müəssisələr fəaliyyət göstərə bilərdi.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Ankaranın qərarını İrəvanda “Nemesis” abidənin açılması ilə izah edib. Ankara abidənin açılışını “təxribat” adlandırıb. Onu da əlavə edək ki, abidənin yaradılması təşəbbüsü Nemesis qrupunun üzvlərinin nəsillərinə məxsus olub.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »