Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova prezidenti Zelenskini əmin edib ki, Ukraynanı dəstəkləyəcək
Moldova prezidenti Zelenskini əmin edib ki, Ukraynanı dəstəkləyəcək

Moldova Prezidenti Maya Sandu cümə axşamı ölkədə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə görüş keçirib.

Bizimyol.info xəbər verir ki, Moldova prezidenti həmkarını əmin edib ki, o, Ukraynanı dəstəkləyəcək.

"Biz ikitərəfli gündəliyi, birgə infrastruktur layihələrini, həmrəylik yollarını müzakirə etdik. Digər ölkələr kimi Moldova da Ukraynanı dəstəkləməyə çalışır. Hazırda Moldova Ukraynaya yanacaq, avadanlıq və digər malların çatdırılması üçün mühüm körpülərdən birinə çevrilib", - deyə dövlət başçısı Sandu bildirib.

Öz növbəsində Zelenski Moldova hakimiyyətinə ukraynalı qaçqınlara kömək etdiyinə görə təşəkkür edib.

“Biz ikitərəfli gündəliyi və Avropa İttifaqında birgə gələcəyimizi də müzakirə etdik. Maldovanın daim yanımızda olacağına, ölkəmizi sonuna qədər dəstəkləyəcəyinə inanırıq. Dövlətlərimizin və siyasətçilərimizin bir-birinə inamı qarşılıqlıdır”, deyə Zelenski qeyd edib.

Ukrayna prezidentinin tədbirdə iştirakı ilə bağlı məlumat sammitin keçiriləcəyi Mimi şərabçılıq kompleksinə gələnə qədər məxfi saxlanılıb. Çərşənbə günü axşam Zelenski Odessaya elan olunmamış işgüzar səfərə gəlib. Oradan isə təxminən 195 km məsafədə olan Kişinyov şəhərinə gəlib.

Avropa Siyasi Birliyi Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılıb. Bu platforma Avropa ölkələrinin qitə boyu fəaliyyətlərinin siyasi koordinasiyası və Aİ-dən kənar tərəfdaşlarla, o cümlədən Kiyev və Kişinyov ilə daha sıx dialoq üçün nəzərdə tutulub.

Tədbirin Moldovada keçirilməsi prezident Maya Sandu və hakim Fəaliyyət və Həmrəylik Partiyasının yaratdığı hökumətin dəstəyini nümayiş etdirməlidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »