Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: NATO-nun 700 əsgəri artıq Kosovoya köçürülüb
Stoltenberq: NATO-nun 700 əsgəri artıq Kosovoya köçürülüb

"NATO-nun 700 hərbçisi artıq özünü elan edən Kosovoya daxil olub, lakin bu, regionda münaqişənin sülh yolu ilə həllindən imtina demək deyil".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin qeyri-rəsmi görüşü üçün Osloya gələrkən bildirib.

Onun çıxışını alyansın mətbuat xidməti yayıb.

“NATO-nun 700 əsgəri bizim qüvvələrimizi dəstəkləmək üçün artıq Kosovoya daxil olub. Lakin bu, sülh nizamlanmasından imtina demək deyil, NATO Aİ-nin himayəsi altında Belqrad və Priştina arasında danışıqları tam dəstəkləyir”, - deyə Stoltenberq bildirib.

Çərşənbə axşamı Osloda keçirdiyi mətbuat konfransında Stoltenberq bildirib ki, NATO Kosovoya göndərilən 700 hərbçidən əlavə, lazım gələrsə, daha bir batalyonu hazır vəziyyətə gətirəcək.

“Biz bütün tədbirləri görəcəyik ki, Kosovodakı NATO qüvvələri öz mandatlarını yerinə yetirmək üçün bütün qüvvələrə və imkanlara malik olsunlar”, - deyib. O, toqquşmalarda 30 NATO hərbçisinin yaralandığını təsdiqləyib.

Mayın 26-da Kosovo polisinin xüsusi təyinatlı qüvvələri Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində inzibati binaları zəbt etdikdən sonra Kosovonun şimalındakı və Metoxiyadakı Serb bələdiyyələrində vəziyyət gərginləşib. Təhlükəsizlik qüvvələri Serb əhalisinin boykot etdiyi seçkilərdə qalib gələn bələdiyyə başçılarının vəzifəyə başlamasını təmin etməyə çalışıb.

Mayın 29-da NATO-nun Kosovo Qüvvələri (KFOR) administrasiya binalarını mühasirəyə alıb. Hiddətlənmiş yerli sakinlər etirazlara başlayıblar və sonradan itaətsizlik sülhməramlı qüvvələrlə toqquşmaya çevrilib.

Vuçiçin sözlərinə görə, 52 serb kömək üçün Kosovska Mitrovitsa xəstəxanasına müraciət edib, onlardan üçü ağır yaralanıb. NATO missiyası İtaliya və Macarıstan KFOR kontingentinin üzvlərini olan 40-dan çox yaralı əsgərin olduğunu açıqlayıb.

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bazar ertəsi günü vurğulayıb ki, Kosovo və Metohiyadakı vəziyyətlə əlaqədar ölkə ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və onun bölmələri Serbiyanın muxtar vilayəti ilə inzibati xətt boyunca yerləşdirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »