Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zurabişvili: "Namizəd statusu regionda Gürcüstanın rolunu möhkəmlədəcək"
Zurabişvili: "Namizəd statusu regionda Gürcüstanın rolunu möhkəmlədəcək"

Namizəd statusu regionda avropayönümlü qüvvə kimi Gürcüstanın rolunu möhkəmlədəcək.

APA xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib.

“Avropa ortaya çıxmaqda olan yeni dünya üçün bu regionun əhəmiyyətini başa düşür. Bilir ki, Gürcüstan sadəcə demokratik ölkə və ya Avropanın qalası deyil. Eyni zamanda təhlükəsiz Qara dənizin və stabil Xəzər regionunun mərkəzi elementidir. O, Qara dəniz üzərindən, Qafqaz vasitəsilə, Xəzər dənizi və Mərkəzi Asiya ilə yeni əlaqə layihələrinin açarıdır”, - Prezident deyib.

Son xəbərlər
Bütün xəbərlər »