Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Albaniyanın baş naziri: Kosovo sərhədində Serb ordusunun gücü yoxdur
Albaniyanın baş naziri: Kosovo sərhədində Serb ordusunun gücü yoxdur

Albaniyanın baş naziri Edi Rama Serbiyanın Kosovo sərhədində topladığı ordunun gücünün “sıfıra bərabər olduğunu” deyib.

Bizimyol.info xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən qlobal təhlükəsizlik forumunda çıxış edən Albaniyanın baş naziri Edi Rama Serbiyanın Kosovo sərhəddində hərbi güclənməsinin daxili siyasət üçün sadəcə emosional şou olduğunu və onun gücünün “sıfıra bərabər” olduğunu bildirib.

"Bu, Meksika ordusunun ABŞ sərhədində özünü göstərməsi kimidir. Nə edə bilər? Burada kiməsəyə qarşı hörmətsizlik etmək, kiçiltmək, aşağılamaq fikrim yoxdur, mən Meksikanı sevirəm. Amma o nə edə bilər? Heç nə. Tamamilə heç nə. Bu, sadəcə, daxili siyasətə təsir məsələsidir - bir növ şoudur. Kosovonun şimalında baş verənlərin əhəmiyyətli bir hissəsi daxili siyasətlə bağlıdır", - deyə Rama qeyd edib.

Panelin digər qonağı Kosovonun baş naziri Dimitar Kovaçevski Kosovonun şimalındakı böhrandan yeganə çıxış yolunun iki ölkə arasında normallaşma razılaşmasını həyata keçirmək olduğunu bildirib. Kovaçevski: “Biz Balkan ölkələrinin ordularını meydanda gördük. Hər şey danışıqlar masası arxasında həll olundu”, - deyə baş nazir bildirib.

Digər tərəfdən panelin qonaqları arasında olması gözlənilən Serbiya prezidenti Aleksandar Vucic, Slovakiyaya iki günlük səfərini ləğv edərək, bu vaxt ərzində serb əsgərlərini ziyarət edəcəyini açıqlayıb.

Serblərin cəmləşdiyi Kosovonun Mitrovitsa, Zubin Potok, Leposaviç və Zvecan bələdiyyələrində aprelin 23-də keçirilən növbədənkənar yerli seçkilər boykot edilib və seçkidə Albaniya siyasi partiyalarının namizədləri qalib gəlib.

Ötən həftə serblər alban əsilli merlərin bələdiyyə binalarına daxil olmasına icazə verməyiblər və bölgədə gərginlik artıb. Serbiya prezidenti Aleksandr Vuçiç Kosovoda gərginliyin artması ilə bağlı orduya ayıq-sayıq olmağı əmr edib və ordu sərhədə göndərilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »