Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Rusiyada hərbi vəziyyət rejimi tətbiq edilməyəcək
Peskov: Rusiyada hərbi vəziyyət rejimi tətbiq edilməyəcək
"Rusiyada hərbi vəziyyət rejiminin tətbiqi ilə bağlı heç bir qərar verilməyib və belə müzakirələr aparılmır".

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun ölkədə hərbi vəziyyət rejimi tətbiqinin zəruriliyi ilə bağlı səsləndirdiyi fikri şərh edərkən bildirib.

"Bu, tamamilə ali federal hakimiyyətin səlahiyyətindədir. Rusiyanın hər bir vətəndaşı istənilən təkliflə çıxış edə bilər. Bu, hələ belə vacib qərarrın dərhal veriləcəyi demək deyil", - deyə Kremlin sözçüsü bildirib.

“Bununla bağlı heç bir qərar verilməyib və hətta belə bir məsələ barədə müzakirə aparılmır”, - deyə o vurğulayıb.

Bundan əvvəl Kadırov özünün "Telegram" kanalında Ukrayna rəhbərliyinin hərəkətlərini terrorçu adlandırıb və qeyd edib ki, Moskvaya pilotsuz təyyarənin hücumuna görə qisas almaq çox da gecikməyəcək: "Mənim üçün Rusiyada hərbi vəziyyət elan etmək, bunun üçün nəzərdə tutulan bütün döyüş resurslarından istifadə etmək o qədər lazımdır ki, “Ukrayna hərbçiləri” ifadəsinə əl atmadan bütün bu terror hüceyrəsini bir anda süpürsün", - deyə əlavə edib.

Kadırovun sözlərinə görə, Ukraynada hərbçilər və siyasətçilər yoxdur - yalnız terrorçular var.

Çərşənbə axşamı səhər Ukrayna pilotsuz təyyarələri Moskva və Moskva vilayətinə hücum edib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, hücumda səkkiz cihaz iştirak edib, onlardan beşi vurulub, qalan üçü isə elektron döyüş vasitəsi ilə düşürülüb. Moskvada iki nəfər tibbi yardım istəyib, xəstəxanaya yerləşdirməyə ehtiyac duymadılar. Bir neçə binaya cüzi ziyan dəyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »