Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağıstanda vəzifəli şəxs güllələnib
Dağıstanda vəzifəli şəxs güllələnib

Dağıstanın Dərbənd rayonunun Rubas kəndinin başçısı öldürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Dərbənd vilayəti administrasiyasının rəhbərinin mətbuat katibi Aydın Məmmədov məlumat verib.

“Dərbənd rayonunun Rubas kəndinin başçısının ürək nahiyəsindən döş qəfəsindən aldığı güllə yarası nəticəsində ölməsi təcili yardım briqadası tərəfindən təsdiqlənib”, - deyə mətbuata məlumat verən mənbə bildirib.

Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin jurnalistlərə verdiyi məlumata görə, müstəntiqlər kriminal ekspertləri və idarənin rəis müavini birlikdə hadisə yerinə gediblər. Faktla bağlı araşdırama başladılıb.

Son xəbərlər
Bütün xəbərlər »