Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədri Türkiyə prezidenti Ərdoğanı təbrik edib
Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədri Türkiyə prezidenti Ərdoğanı təbrik edib

Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədri Zorlu Töre prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Zorlu Töre mesajında ​​bu sözləri deyib:

“Ana vətənimiz Türkiyədə prezident seçkilərinin 2-ci turu böyük bir demokratiya təntənəsi ilə keçdi. Seçkilərin nəticələrinə görə Türkiyənin 13-cü prezidenti seçilən cənab Rəcəb Tayyib Ərdoğanı təbrik edirik.

Türk əsrinin davam edəcəyi bu prosesdə ana vətənimiz Türkiyə Cümhuriyyəti ilə əl-ələ addımlamağa davam edəcəyik. Arzu edirik ki, seçki nəticələri vətənimizə və türk millətinə xeyirli uğurlu olsun.

Türk millətinin yeni əsri üçün müjdələr olsun, təbrik edirik”.

Son xəbərlər
Bütün xəbərlər »