İsveçin NATO-ya qəbulu “yaxın həftələrdə” tamamlanacaq.
Bizimyol.info xəbər verir ki, "CNN"in verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Bizim heç bir şübhəmiz yoxdur ki, bu, ola bilər, olmalıdır və biz də bunun baş verəcəyini gözləyirik", - Blinken İsveçdə keçirdiyi mətbuat konfransında bildirib.
Nəşr qeyd edir ki, bazar ertəsi ABŞ prezidenti Co Bayden yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanla danışıb və Türkiyənin İsveçin NATO üzvlüyünə mane olmaqdan imtina etməsi müqabilində Ankaraya yeni Amerika qırıcılarının satılması imkanını müzakirə edib.
Bununla belə, Blinken bildirib ki, Ağ Ev bu iki məsələni bir-birindən ayrı nəzərdən keçirir.

"Bizim nöqteyi-nəzərimizdən hesab edirik ki, hər iki məsələ inkişaf etdirilməlidir və mümkün qədər tez irəliləməlidir - yəni İsveçin daxil olması - həmçinin də bizim "F-16" paketi ilə bağlı qərarlarımızda irəliləyişlər nəzərdən keçirilməlidir", - Blinken bildirib.
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda ənənəvi olaraq neytral statusunu saxlayan İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib. Lakin Türkiyə buna qarşı çıxıb, bu ölkələri terrorçulara yardım etməkdə ittiham edib, bununla da Ərdoğan kürd terrorçuların eksradisiyasını tələb edir.
Aylarla davam edən danışıqlardan sonra, nəhayət, Türkiyə Finlandiyanın ərizəsini təsdiqlədi və bu, bu ilin aprelində ölkənin NATO-ya üzvlüyünü mümkün etdi. Lakin Stokholmun Ankaranın bütün tələblərini yerinə yetirməməsi ilə İsveçin müraciəti Türkiyə tərəfindən hələ də təsdiqlənməyib.
Qadir, Bizimyol.info