Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan iki düşmən ölkənin layihəsinə razılıq verəcəkmi?
Azərbaycan iki düşmən ölkənin layihəsinə razılıq verəcəkmi?

Rusiya və İran Rusiyanı Fars körfəzindəki limanlarla birləşdirəcək dəmir yolunun tikintisini başa çatdırmaq barədə razılığa gəliblər. Sanksiyaya məruz qalan iki ölkə üçün həyati əhəmiyyət kəsb edən nəqliyyat xətti Azərbaycandan keçməklə bu əlaqəni təmin edə bilər.

Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi mayın 17-də İranın şimalında, Azərbaycan sərhədində Astara ilə Rəşt şəhəri arasında 170 kilometrlik hissənin tikintisinə dair saziş imzalayıblar. 2027-ci ilə planlaşdırılan bu hissə başa çatdıqda, Rusiyanı Hind okeanı ilə birləşdirməyi hədəfləyən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INTSC) kimi tanınan dəmir yolu ilə fasiləsiz nəqliyyata imkan verəcək. Dəmir yolunda uzun müddətdir ki, iş gedir və Azərbaycan 2016-cı ildə Astara-Rəşt hissəsinin tikintisini qismən (İranla birlikdə) maliyyələşdirməyə razılaşıb.

İranla münasibətlərin belə bir gərgin zamanında Azərbaycan bu sazişə imza ata bilərmi?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu layihə mühüm beynəlxalq lahiyədir. Azərbaycan isə, mühüm tranzit yollarının, nəqliyat yollarının qovşağlarının üzərində yerləşir. İstər şərqlə qərbi, istər şimalla cənubun birləşdirilməsi istiqamətində Azərbaycanın bu coğrafi mövqeyi çox əhəmiyyətli bir rola malikdir.

Mübariz Göyüşlü Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Qərbin İrana qarşı sanksiyası və yaxud digər İranla bağlı baş verən məsələlər siyasi məqamlardır. Bu lahiyə daha çox iqtisadi lahiyədir və kifayət qədər faydalı bir lahiyədir. Rusiyanı İranla Hindistanla birləşdirəcək böyük bir şimal cənub nəqliyat dəhlizində Azərbaycanın yer alması Azərbaycan üçün kifayət qədər faydalı iqtisadi rol oynaya bilər. Eyni zamanda həm də bunun siyasi mahiyyəti, siyasi anlamı da var. Belə lahiyələr, proseslər dövlətlər arasındakı münasibətlərdə gərginliyin də aradan qalxmasına səbəb ola bilər”-deyən politoloq hesab edir ki, Azərbaycanla İran arasında münasibətlər uzun müddət gərgin qalacaq. Bu isə, heç bir tərəfə o qədər də faydalı olmaya bilər. Ən yaxşısı isə, əməkdaşlıq imkanlarını araşdırmaqdır.

“Rusiyada Azərbaycan tərəfi bu məsələyə münasibət bildirmişdi ki, “biz üzərimizə düşən işləri, şimal cənub nəqliyat dəhlizi istiqamətində üzərimizə düşən işləri yerinə yetirmişik. İndi İranın Rusiyanın bu məsələlərlə bağlı çalışmalarını gözləyirik”. Bu anlamda mən düşünmürəm ki, Azərbaycan bu müqavilədən imtina edəcək. Azərbaycan müstəqil dövlətdir. Qərb ölkələrinin və yaxud da ölkənin kiminləsə siyasi problemlərnə görə öz siyasətni müəyyən etmir. Öz maraqlarına görə müəyyən edir. Belə bir əhəmiyyətli lahiyədə yer almaq bizə iqtisadi baxımdan faydalı ola bilər”-deyə Mübariz Göyüşlü bildirib. O ki, qaldı Rusiya ilə münasibətlərin gərginləşməsinə, politoloq hesab edir ki, Azərbaycan tərəfi bu nəqliyat dəhlizindən imtina etməyəcək. Hətta imtina etsə belə, onun Rusiya ilə münasibətləri gərginləşməyəcək. Çünki Rusiya Azərbaycanla münasibətlərini nəqliyat dəhlizinə görə yox, ümumi dövlət maraqlarına, strateji maraqlara görə qurur.

“Mən o fikirdəyəm ki, Azərbaycan bu məsələdən imtina etməyəcək və bu da Azərbaycan üçün faydalı olacaq”- deyə Mübariz Göyüşlü əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »