Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanadada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Kanadada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı Halifaxda meşə yanğını ilə mübarizə aparılır. Sakinlərin təxliyyə edilməsinə və elektrik enerjisinin kəsilməsinə səbəb olan Meşə yanğını səbəbindən şəhərdə bir həftəlik fövqəladə vəziyyət elan edilib.

Hizimyol.info xəbər verir ki, şəhərin bələdiyyə orqanları alovların yaşayış məntəqələrinə çatdığını və bütün şəhəri səmasını tüstü bürüdüyü barədə məlumat veriblər.

Halifax bələdiyyəsi sakinləri vəziyyəy nəzarət altına alınana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb. İlk təxliyələrin aparıldığı Vestvood Hillsdə 10 evin yanaraq külə döndüyü bildirilir. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada bildirilib ki, təcili yardım qrupları və yanğınsöndürənlər bütün gün ərzində insanları təxliyə etmək, həmçinin yanğını söndürmək üçün çalışıblar.

Kanadanın qərbindəki Alberta əyalətində mayın 5-də başlayan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib və minlərlə hektar ərazi külə dönüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »