Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyanın baş naziri parlamenti buraxacaq
İspaniyanın baş naziri parlamenti buraxacaq

İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi parlamenti buraxmaq və iyulun 23-nə növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə ölkə mətbuatına məlumat verib.

“Mən dövlət başçısına Kral VI Filippə General Kortesin buraxılması üçün bu axşam Nazirlər Şurasının iclasını çağırmaq qərarı haqqında məlumat verdim”, - deyə o qeyd etdi.

Baş nazirin sözlərinə görə, seçkilər bazar günü, iyulun 23-də keçiriləcək. Sançes qərarını mayın 28-də keçirilən regional və bələdiyyə seçkilərinin nəticələri ilə əsaslandırıb.

Səsvermənin nəticələrinə görə, yerli idarəetmə orqanlarına seçkilərdə 12 muxtar icmanın əksəriyyətində Sançesin rəhbərlik etdiyi İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyası qalib gəlib.

Krallıqda ümumi seçkilərin 2023-cü ilin sonuna təyin edilmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »