Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vaşinqton görüşləri öncəsi Bakıya göndərilən təkliflərə İrəvan cavab almayıb” - Paşinyan
“Vaşinqton görüşləri öncəsi Bakıya göndərilən təkliflərə İrəvan cavab almayıb” - Paşinyan

Ermənistan tərəfi Vaşinqtonda təqdim olunan sülh sazişi ilə bağlı təkliflərə Azərbaycandan cavab almayıb.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il büdcəsinin icrasına dair dinləmələrdə deyib.

Bununla bağlı o, əlavə edib ki, Ermənistan və Azərbaycan iyunun 1-də Kişinyovda Avropa İttifaqı Şurasının prezidenti və Fransa prezidentinin iştirakı ilə beştərəfli görüşdə imzalana biləcək sülh sazişi layihəsi üzrə razılığa gəlməyiblər.

"Orada sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmaması ilə bağlı müzakirə aparılıb. Deməliyəm ki, Azərbaycana təkliflərimizin dördüncü paketinə cavab almamışıq. Hazırda imzalana biləcək razılaşdırılmış layihə yoxdur”,-deyə o, bildirib.

Onu da əlavə edək ki, İrəvan və Bakı keçən il Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. Tərəflər artıq üç təklif paketi və onların mətnlərini mübadilə ediblər.

Məlumat üşün bildirək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, fundamental məsələlərdə hələ də konsensus yoxdur, lakin “bir sıra əlaqəli və ya əlavə məsələlər üzrə” yeniliklər var.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »