Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: Yerevan Türkiyə seçkilərindən sonra Ankara ilə dialoqu davam etdirməyə ümid edir
Paşinyan: Yerevan Türkiyə seçkilərindən sonra Ankara ilə dialoqu davam etdirməyə ümid edir

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesini bu ölkədə keçirilən seçkilərdən sonra da davam etdirəcəyinə ümid edir.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrası ilə bağlı dinləmələr zamanı deyib.

"Ümid edirik ki, Türkiyədə seçkiqabağı mərhələnin başa çatdığı prezident seçkilərindən sonra Türkiyə ilə münasibətlərin normallaşması prosesini normal rejimdə davam etdirə biləcəyik", - deyə Paşinyan bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davam etdirilməsini gözlədiyini bildirib.

Qeyd edək ki, Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52 faizdən çox səslə qalib gəlib. Yekun nəticələr iyunun 1-dən gec olmayaraq açıqlanacaq.

Onu da əlavə edək ki, 2021-ci ilin sonunda Yerevan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. O vaxtdan bəri Ruben Rubinyan və Serdar Kılıç bir neçə raund danışıqlar aparıblar. Ötən ilin payızında iki ölkənin liderləri Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan görüşüblər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »