28 may Respublika günü Azərbaycan tarixinin ən şanlı və parlaq səhifəsidir. Bu tarix Azərbaycan xalqı üçün çox böyük əhəmiyyətə malikdir. Müstəqil azad demokratik respublika qurmaq arzusunda olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. 1918-ci il 28 may tarixində istiqlal bəyannaməsi qəbul edildi və şərqdə ilk demokratik respublika quruldu. Azərbaycan öz ilk parlamentini, hökümətini qurdu yaratdı. Dövlət aparatını təshis etdi. Ölkənin sərhədlərini müəyənləşdirdi. Bu il Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi qeyd olunur…
“Azərbaycan xalq cümhuriyyəti qurulanda Azərbaycan ərazisi 114 min kvadrat kilometr idi. Dövlət atributları bayraq, himn və gerb yaradıldı. Ana dili dövlət dili elan edildi. Ordu quruculuğuna xüsusi fikir verildi. Azərbaycan pul vahidini buraxdı. Maarifə, mədəniyyətə xüsusi diqqət yetirildi. Və ilk dəfə olaraq, 1919-cu ildə Azərbaycanda Azərbaycan Dövlət Universiteti yaradıldı. Dünyanın ən öndə olan elm xadimlərini universitetə dəvət etdilər və orada onlar fəaliyyət göstərdilər. Ancaq 1920-ci il aprelində bolşeviklər Azərbaycanı işğal etdi və bu işğalda bildiyiniz kimi 70-il davam etdi. 70-ildən sonra 1991-ci ildə SSRİ dağıldı. Və Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, bu müstəqillik əldə edildikdən sorna Azərbaycanda hakimiyyət böhranları oldu. İlk prezident Azərbaycanda baş verən çatışmazlıqlara, milli qarşı durmaya və xarici qüvvələrə əks təsir göstərməyi bacarmadığına görə hakimiyyətdən getməli oldu. Hakimiyyətə xalqın tələbi ilə Heydər Əliyev gəldi və Azərbaycanı parçalanmaqdan qurtardı. O, hakimiyyətə gələndən sonra məhz onun vaxtında Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi günü, yəni 28 may Dövlət Bayramı kimi qeyd edilməyə başlandı. Heydər Əliyev bildirdi ki, “biz bu gün demokratik Azərbaycan dövlətini yenidən ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan xalqı demokratik cümhuriyyətinin yaranması gününü əziz tutub, biz də onu Azərbaycan dövlətinin müstəqillik günü - respublika günü elan etmişik. Bu gün bizim milli bayramımızdır”.
“Bu gün bizim tariximizin şanlı səhifəsidir və biz bununla qürur duyuruq ki, bizim babalarımız o zaman müstəqil şərqdə ilk demokratik müstəqil respublika qurdular. Və biz də bu gün onu, həmin müstəqil Azərbaycanı inkişaf etdiririk. Yeni uğurlara nail oluruq. İşğal olunmuş torpaqlarımızı azad edirik”-deyən Elşad Həsənov çox da uzaq olmayan tarixdən də söz açıb. O, bildirib ki, Sovet höküməti qurulan dövrdə Azərbaycanın əraziləri kəsilərək, Azərbaycan və Gürcüstan ərazilərinin bir hissəsində yeni bir dövlət Ermənistan dövləti yaradıldı. Həmin torpaqlar bizim Zəngəzur torpaqları idi. Həmin dövrdə elə İrəvanın özü də Azərbaycanın idi. Azərbaycan xanlığı idi.
Həmin dövrdə Azərbaycan torpaqları kəsildiyinə görə, bu gün ərazilərimiz 86,10.6 min kvadrat kilometr qalıb.
“Bu il Heydər Əliyev ilidir. Və Heydər Əliyev də Azərbaycan tarixinin yetişdirdiyi çox böyük, nadir şəxslərdən biridir. O, ilk müsəlman olaraq, sovetlər dönəmində SSRİ səviyyəsində yüksək vəzifəyə təyin olunmuşdu. SSRİ nazirlər kabinetinin sədrinin birinci müavini təyin edilmişdi. Heydər Əliyev orada da çox böyük işlər gördü. Onu dünyada tanıdılar. Onun güclü biri olduğunu bildilər. Yəni, bu mənada Heydər Əliyev Azərbaycan xalqının adını ucaltdı. Mənim yadımdadır, o dövrdə Türk mətbuatı “Türk Kremldədir!” manşetli yazılar yazırdılar”-deyə politoloq əlavə edib.
Politoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda güclü orduya sahibdir. Azərbaycanın güclü siyasəti var.
“Bu gün prezident İlham Əliyev Heydər Əliyevin məktəbini keçmiş, onun siyasi varisidir. Və xalq da onu dəstəkləyir. Heydər Əliyev böyük, əzəmətli şəxsiyyət idi. O, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəldi və Azərbaycan xalqının vəziyyətini, şəraitini yaxşılaşdırdı. Azərbaycanı parçalanmaqdan qorudu, qardaş qırğınından qurtardı. Biz bunu Heydər Əliyevə borcluyuq”-deyə Elşad Həsənov əlavə edib. Onun sözlərinə görə, Heydər Əliyev ili təkcə Azərbaycanda deyil, qonşu Gücüstanda, Rusiyada, orta Asiya ölkələrində, qardaş Türkiyədə, Bolqarıstanda, Avropa ölkələrinin çoxunda qeyd olunur.
“Çünkü Heydər Əliyev dünya çaplı bir siyasətçi idi və bu da bizim xalqın taleyinə düşdü. Biz bununla qürur duyuruq. Heydər Əliyev fenomeni bu gün Azərbaycanın inkişafında öz rolunu göstərir”-deyə Elşad Həsənov əlavə edib…
İradə Cəlil, Bizimyol.info
Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”.