Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Şimali Koreyanın raketini məhv edəcəyini bildirib
Yaponiya Şimali Koreyanın raketini məhv edəcəyini bildirib

Yaponiya Şimali Koreyanın ballistik raketini məhv etmək üçün peyk vasitəsi ilə tədbirlər görəcək, eləcə də ölkə ərazisinə düşmə təhlükəsi yarandıqda onun qalıqlarını da məhv edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yaponiya ərazisinə ballistik raketin və sairənin düşəcəyi məlumatı ilə şəraitin qəfil dəyişməsi, fövqəladə vəziyyət zamanı insanların həyatına və əmlakına dəyən zərərin qarşısının alınması məqsədilə atlacaq raketin məhv edilməsi üçün tədbirlər həyata keçiriləcək", - deyə Müdafiə naziri Yasukazu Hamada əmr verib. Əmr iyunun 11-dək qüvvədədir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda mətbuat konfransında deyib ki, Şimali Koreya raketinin Yaponiyanın cənub-qərbindəki Kyushu adası ilə Tayvan arasında yerləşən Nansey adalar silsiləsi üzərindən uçması mümkündür.

Bundan əvvəl KXDR Yaponiyaya mayın 31-dən iyunun 11-dək ilk kəşfiyyat peykini buraxmaq niyyətində olduğunu bildirmişdi. Aprelin 19-da "KCNA" xəbər agentliyi bildirib ki, Şimali Koreya lideri Kim Çen In Pxenyanın məlumat toplama imkanlarını artırmalı olan ilk kəşfiyyat peykinin buraxılması üçün hazırlıqlara başlamaq əmri verib. Bir həftə əvvəl Şimali Koreya ilk dəfə olaraq özünün ilk bərk yanacaqlı qitələrarası ballistik raketi “Hwaseong-18”i buraxdığını iddia etdi.

Pxenyanın qitələrarası raketlərinin təchiz olunduğu maye yanacaqla işləyən mühərriklərdən fərqli olaraq bərk yanacaqla işləyən mühərriklərin istifadəsi buraxılışa hazırlıq vaxtını xeyli azaltmağa və daşıyıcıları döyüşə hazır vəziyyətdə saxlamağa imkan verir. Pxenyan həmçinin kosmik proqramında bərk yanacaq mühərriklərindən istifadə etmək niyyətindədir.

Yaponiya Şimali Koreyanın qarşıdan gələn peykinin buraxılması ilə əlaqədar Amerikanın "Patriot PAC-3" hava hücumundan müdafiə sistemlərini özünün uzaq Yonaquni, İşigaki və Miyako adalarında yerləşdirib.

Yaponiya hazırda ikipilləli raketdən müdafiə sisteminə malikdir. "Aegis" sistemləri ilə təchiz edilmiş gəmilər trayektoriyanın orta mərhələsində ballistik raketi vurmalı olan "SM-3" ələ keçirən raketlərlə silahlanıb. Bu uğursuz olarsa, raketin uçuşunun son mərhələsində onu ələ keçirməyə qadir olan "Patriot PAC-3" sistemlərindən istifadə etməklə ikinci səviyyəli raketdən müdafiə sistemi işə salınacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »