"Polşa uzun illərdir ki, ABŞ-ın təsiri altında Rusiyay qarşı təxribatlar törədir".
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Uzun illərdir onlar Amerikanın dərin dövlətinin təsiri altında olublar. Tapşırıqlar alırlar, təxribatlara əl atırlar, əslində o ölkələrdəndirlər – yenə də söhbət xalqdan getmir, amerikalıların hakimiyyətə gətirdiyi adamlardan gedir”, - o, "Rossiya-1" telekanalında "Vladimir Solovyovla bazar axşamı" proqramının efirində deyib.
Diplomat qeyd edib ki, Polşa Rusiya ilə münasibətlərdə Avropa İttifaqı daxilində bütün müsbət, konstruktiv, effektiv qərarların qəbuluna mane olan ölkədir. “Onlar hər şeyi Baltikyanı həmkarları ilə birlikdə etdilər ki, Avropa İttifaqı və Köhnə Avropa sadəcə olaraq səsvermə hüququnu itirsin”, - deyə o əlavə edib.
Bizimyol.info