Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədəki prezident seçkiləri - Ərdoğan irəlidədir
Türkiyədəki prezident seçkiləri - Ərdoğan irəlidədir

Türkiyədə prezident seçkilərinin ikinci turu başa çatdı. Seçkidə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu mabarizə aparıblar.

Bizimyol.info xəbər verir ki, Türkiyə Mərkəzi Seçki Komissiyası (Yüksək Seçki Kurumu) seçkinin nəticələri haqda ilkin məlumat verib.

MSK sədri Yener saat 19.25-də (20:30) verdiyi açıqlamada: "Hazırda 26 milyon 781 min 551 səs sayılıb, etibarlı səs 26 milyon 412 min 590, etibarsız səs isə 368 min 961 səsdir. Hazırda səslərin yüzdə 54,60ı səslər sayıldı. Bizim məlumat girişimiz. Siyasi partiyalarla da an-an paylaşılır. İndiyə kimi cənab Rəcəb Tayyib Ərdoğan 54,47 faiz, Kamal Kılıçdaroğlu isə 45,53 faiz səsə sahibdir", - deyə qeyd ebib.

***

"Anadolu" agentliyinin açıqladığı ilkin nəticələrə, indiyə qədər səslərin 97.3%-i sayılıb. İlkin məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan 52.15%, və Kamal Kılıçdaroğlunun 47.85% səs qazandıqları məlum olub.

Qeyd edək ki, rəqəmlər dəyişir.

Son xəbərlər
Bütün xəbərlər »