Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə prezident seçkilərində səsvermə başa çatdı - Prezident təşəkkür edib
Türkiyədə prezident seçkilərində səsvermə başa çatdı - Prezident təşəkkür edib

Prezident seçkilərinin ikinci turunda səsvermə saat 17.00-da başa çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Prezident seçkilərinin ikinci turunda sərəh saat 08:00-da başlayan səsvermə, saat 17:00-dək davam edib. Seçkilərin ikinci turunda prezidentliyə namizədlər Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparıb. İkinci turda təxminən 61 milyon seçici 191 884 seçki qutusunda səs verə biləcəyi gözlənilirdi.

Qeyd edək ki, səsvermə başa çatdıqdan sonra  Prezident Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermə prosesi başa çatdıqdan sonra rəsmi sosial media hesabında təşəkkür mesajı yayımlayıb.

"Səhərin erkən saatlarından seçki qutularında fədakarlıqla çalışan həmkarlarımın hər birinə təşəkkür edirəm. Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər qutuların qayğısına qalmağa dəvət edirəm. İndi millətimizin iradəsini son ana qədər başımızın üstündə qorumaq vaxtıdır!"- deyə bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »