Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban İrana müharibə elan edib - KİV
Taliban İrana müharibə elan edib - KİV

Taliban İrana müharibə elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Taliban lideri Əbdülhəmid Xorasani məlumat yayıb.

Mətbuatın verdiyi məlumata görə, Əfqanıstan və İran sərhədində döyüşlər başlayıb.

Taliban döyüşçüləri İran ərazisinə doğru irəliləyir. Artıq bir neçə əsgər həlak olub.

Əfqanıstanla sərhəddə su hüququ ilə bağlı münaqişə yaranıb. Helmand çayı Əfqanıstan dağlarından İranın Sistan əyalətinə axır və buradan müntəzəm quruyan gölə tökülür. Sistan əyaləti hazırda quraqlıqla üz-üzədir və İran Talibanı çayda yeni bəndlər tikməkdə və suyun istiqamətini dəyişdirməkdə ittiham edir.

Bu ərəfədə Taliban İranın sərhəd-keçid məntəqəsinə hücum edib. Taliban liderləri əmin ediblər ki, “ağsaqqallar icazə verərsə, onlar cihada və “İranı fəth etməyə” hazırdırlar.

Bədri Taliban dəstəsinin başçısı Əbdül Həmid Xorasani bildirib ki, mücahidlər bir gündə bütün İranı ələ keçirə bilərlər.

Həmid: "İslam Əmirliyinin böyükləri mücahidlərə icazə versələr, 24 saat ərzində İranı fəth edəcəklər, İnşallah. İran Qərblə siçan-pişik oynayır - əslində onlar birləşiblər, amma həqiqətlə üz-üzə olsaq, o zaman İran yer üzündən silinəcək, İnşallah", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »