Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya Ukraynanın "iqtisadi möcüzə" yaradacağına inanır
İtaliya Ukraynanın "iqtisadi möcüzə" yaradacağına inanır

İtaliyanın baş naziri George Meloni hesab edir ki, Ukrayna dirçələcək, çiçəklənən ölkə olacaq və tezliklə “iqtisadi möcüzə” yaşaya biləcək.

Bizimyol.info xəbər verir ki, bazar günü "Il Messaggero" qəzetində dərc olunan müsahibəsində İtaliya hökumətinin başçısı ölkənin buna görə üzərinə düşəni edəcəyini söyləyib.

“Ukraynanın sülh və azadlıq içində gələcəyinə kömək etmək bizim maraqlarımız daxilindədir. Biz əminik ki, Ukrayna dirçəlmək, çiçəklənmək və tezliklə iqtisadi möcüzəyə nail olmaq imkanı əldə edəcək. Biz də buna öz töhfəmizi veririk və bu mövqeyimizin davam edəcəyinə inanıram”, - deyə baş nazir aprelin sonunda Romada İtaliya və Ukrayna şirkətlərinin iştirakı ilə Ukraynanın bərpasına dair konfransın keçirilməsini xatırladıb.

“Biz müharibədən sonrakı perspektivi görmək istəyirik, həmçinin İtaliya Ukraynanı azad olmasını və ağıdılmış ərazilərinin bərpa olunduğunu, o cümlədən italyan şirkətlərinin bu prosesdə iştirakını görmək istəyirik”, - deyə o əlavə edib.

Meloni həmçinin qeyd edib ki, İtaliya Ukraynaya münasibətdə milli maraqlara diqqət yetirərək, Avropa müttəfiqlərinin və Şimali Atlantika Alyansının xəttinə tam uyğun hərəkət etməyə davam edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »