Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Respublikaçılarla razılaşmalar ABŞ-da defoltun qarşısını alıb
Bayden: Respublikaçılarla razılaşmalar ABŞ-da defoltun qarşısını alıb

"Ağ Ev və ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçıları tərəfindən əldə edilən fundamental razılaşmalar ölkədə fəlakətli defolt və tənəzzülün qarşısını aldı".

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin şənbə günü yaydığı yazılı bəyanatda deyilir.

"Bu axşam (şənbə) Nümayəndələr Palatasının spikeri Kevin Makkarti və mən büdcə ilə bağlı prinsipial razılığa gəldik. Bu, hər iki tərəf üçün kompromis məsələsidir. Və bu saziş Amerika xalqı üçün yaxşı xəbərdir, çünki o, fəlakətli defoltun qarşısını alır və iqtisadi tənəzzülə, pensiya hesablarının boşalmasına və milyonlarla iş yerinin itirilməsinə səbəb ola biləcək təhlükə aradan qaldırılıb", - deyə Bayden qeyd edib.

Onun sözlərinə görə, sazişlər işləyən insanlar üçün kritik proqramları qoruyarkən və hamı üçün iqtisadi artımı təmin etməklə yanaşı, xərcləri azaldan mühüm addımdır. Bundan əlavə, ABŞ prezidenti bildirib ki, müqavilə Konqresdəki Demokratlar və Bayden administrasiyasının əsas qanunvericilik prioritetlərini və nailiyyətlərini qoruyur.

Onun sözlərinə görə, növbəti gün ərzində müzakirəçilər qrupu (Ağ Ev və Respublikaçı konqresmenlər) qanun layihəsinin mətnini yekunlaşdıracaq və razılaşma ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına göndəriləcək: “Mən hər iki Palatanı sazişi mümkün qədər tez qəbul etməyə çağırıram”, – deyə dövlət başçısı yekunlaşdırıb.

Makkartinin daha əvvəl dediyi kimi, qanunverici orqanın aşağı palatası mayın 31-də təşəbbüsün lehinə səs verəcək. Daha sonra sənəd Konqresin Senatı tərəfindən təsdiqlənməlidir, bundan sonra imzalanmaq üçün prezidentə göndəriləcək.

“Reuters”in məlumatına görə, əldə olunan razılaşmalar çərçivəsində dövlət borcunun tavanı iki il artırılır. Eyni zamanda, bütün qeyri-müdafiə xərcləri 2024 və 2025-ci illərdə 2023-cü maliyyə ili (ölkədə oktyabrın 1-dən başlayır) səviyyəsində saxlanılır. "The Washington Post" yazır ki, bu müddət ərzində müdafiə xərcləri artacaq. 2025-ci ildən sonra büdcə xərclərinə qoyulan məhdudiyyətlər aradan qaldırılır.

ABŞ-ın maliyyə naziri Janet Yellen Konqresə xəbərdarlıq edib ki, iyunun 5-də borc tavanına çatdığı üçün administrasiya fövqəladə tədbirlərdən qurtara bilər. Belə olan halda, onun dəfələrlə vurğuladığı kimi, ölkə federal borc üzrə defoltla üzləşəcək və bu, ABŞ-da “iqtisadi fəlakətə” gətirib çıxaracaq, həmçinin bu, qlobal iqtisadiyyatda şoklara səbəb olacaq.

Bunun qarşısını almaq üçün Bayden və konqresdəki Respublikaçı liderlər mütəmadi olaraq məsləhətləşdilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »