Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vuçiç partiyasının sıralarını heç vaxt tərk etməyəcəyini bildirib
Vuçiç partiyasının sıralarını heç vaxt tərk etməyəcəyini bildirib

Serbiya prezidenti Aleksandr Vuçiç Serb Tərəqqi Partiyasının (STP) sədri postunu tərk etməsinə baxmayaraq, heç vaxt partiyanı tərk etməyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı şənbə günü "Twitter"də yazıb.

“Mən Serb Tərəqqi Partiyasını sevirəm və nə qədər ki, mən onu tərk etməyəcəyəm. Səninlə ayrılmaq heç ağlımdan keçmir. Bizi daha bir çox birgə qələbələr gözləyir, yaşasın STP, yaşasın Serbiyamız, hər şey üçün təşəkkür edirəm!", - dövlət başçısı yazıb.

Şənbə günü səhər saatlarında Serbiyanın baş nazirinin müavini, müdafiə naziri Miloş Vuçeviç STP iclasının qapalı hissəsinin yekunlarına əsasən, partiyanın yeni sədri olduğunu elan edib.

Vuçiç fəal şəkildə STP-nin yeni lideri vəzifəsinə respublikanın müdafiə idarəsinin rəisi Vuçeviçin namizədliyini irəli sürərək “partiyanın nə olduğunu ən yaxşı bildiyini” və “Serb Tərəqqi Partiyasını sevdiyini” vurğuladı.

2021-ci il noyabrın 28-də Serbiya lideri hakim Serb Tərəqqi Partiyasına sonuncu dəfə seçkilərə (3 aprel 2022-ci ildə keçirilmiş) rəhbərlik etdiyini açıqlayıb. STP 2008-ci ildə Vuçiç və Serbiyanın keçmiş prezidenti Tomislav Nikoliç tərəfindən yaradılıb. 29 sentyabr 2012-ci ildən Vuçiç onun sədri vəzifəsini icra edir. 2017-ci ilin aprelində, sonra isə 2022-ci ildə DSP-dən ölkə prezidenti seçilib. Onun dövlət başçısı kimi səlahiyyət müddəti 2027-ci ildə başa çatır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »