Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Zelenskinin Krımdakı bağ evini ələ keçirib
Rusiya Zelenskinin Krımdakı bağ evini ələ keçirib

2014-cü ildə Moskva tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krımın Rusiya tərəfindən təyin edilmiş lideri cümə axşamı günü yerli qanunverici orqanın Ukrayna ictimai xadimlərinə məxsus 57 mülkün “müsadirə edilməsi” barədə qərar qəbul etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "The Telegraph"kanalında Krımın Rusiya tərəfindən təyin edilmiş lideri Sergey Aksyonov bildirib.

“Krım bir sıra mülkləri, o cümlədən Olena Zelenskanın mənzilini müsadirə edib. Krım öz hüquqlarını bərpa edəcək. Rusiyanın düşmənləri Rusiyanın Krımda pul qazana bilməyəcək. O mülklər bizim vətəndaşlarımızın olmalıdır. Bu xalqa düşmənçilik edənlər kapitallarını Rusiya ərazisində qoruya bilməzlər”, - deyə o, Zelenskinin həyat yoldaşının adına rəsmiləşdirilən mənzilinə işarə edərək deyib.

2019-cu ildə prezident seçilməzdən əvvəl Zelenski ölkənin ən məşhur komediya aktyoru və uğurlu televiziya prodüseri şirkətinin ortaq sahibi olub. Bu prosesdə Zelenski cütlüyü 2013-cü ildə Krımın prestijli sahil qəsəbəsi Livadiyada üç otaqlı penthaus alıblar, lakin ilhaq səbəbindən orada heç vaxt yaşaya bilməyiblər.

Rusiya dövlət mediası mənzilin təxminən 800 min dollar dəyərində olduğunu iddia edir.

Rusiya parlamentinin spikeri Vladimir Konstantinov cümə axşamı bildirib ki, Zelenskilərin mənzili satılacaq və əldə olunan gəlir Ukraynadakı müharibənin maliyyələşdirilməsinə sərf olunacaq.

Bu ilin əvvəlində Krımdakı Rusiya hakimiyyəti "düşmənçilik fəaliyyəti" və Kiyev hökuməti ilə əlaqədə şübhəli bilinən Ukraynanın ən varlı iş adamlarına məxsus üzüm bağlarından fabriklərə qədər 700-ə yaxın mülkün müsadirə edilməsinə göstəriş verib.

Bu satışdan əldə olunan gəlirin dəqiq hara getdiyi bəlli deyildi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »