Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan prezident seçkilərində qalib gələcəyini bildirib
Ərdoğan prezident seçkilərində qalib gələcəyini bildirib

Türkiyənin hazırkı lideri və yeni prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, mayın 28-də - sabah keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gələcəyinə əmin olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, o, seçki kampaniyası çərçivəsində İstanbulun Beykoz qəsəbəsində keçirilən son mitinqdə çıxış edərkən deyib.

“Sabah heç kimin məğlub olmayacağı bir qələbə qazanacağıq. Bu, 85 milyonluq Türkiyənin qələbəsi, demokratiyanın qələbəsi olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ərdoğanın ikinci turdakı rəqibi müxalifət lideri Kamal Kılıçdaroğludur.

Mayın 19-da Türkiyə MSK birinci turun nəticələrini açıqlayıb, ona görə hazırkı prezident seçicilərin 49,52%-nin, rəqibi isə 44,88%-nin dəstəyini qazanıb. Son turda ən çox səs toplayan namizəd qalib olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »