Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da 33 il həbsdə olan şəxsin günahsız olduğu məlum olub
ABŞ-da 33 il həbsdə olan şəxsin günahsız olduğu məlum olub
Dünən Los Anceles Məhkəməsində keçirilən iclasda silahlı atışma ilə bağlı tapıntıların yenidən araşdırıldığı bildirilib.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, 45 il cəza almış Saldananın məhkəmənin sonunda günahsız olduğu qərara alınıb.

Saldana hökmdən sonra prokuror Corc Qaskonla birgə mətbuat konfransında danışıb. Qərardan xoşbəxt olduğunu dilə gətirən Saldana: "Hər gün günahsız olduğunu bilə-bilə yuxudan həsxanadan yatağında oyanmaq, kameraya qapanaraq kömək istəmək, qapalı şəraitdə günahsızlığını sübut etməyə cəhdlər çox çətin idi", - deyib.

Prokuror Qaskon bildirib ki, o, 2017-ci ildə başqa bir məhkum edilmiş hadisə iştirakçısının azadlığa buraxılması zamanı səlahiyyətlilərə Saldananın "heç bir şəkildə atışmada iştirak etmədiyini və hadisə zamanı orada olmadığını" izah etdiyini öyrəndikdən sonra Saldana bəraət qazandırmağa çalışıb.

İclasda rayon prokurorunun müavininin hadisədə iştirak edən şəxsin ifadəsindən sonra heç bir tədbir görmədiyini bildirən Qaskon bunun Saldananın 6 il daha həbs olunması ilə nəticələndiyini bildirib. Qaskon qeyd edib ki, o, işin yenidən açılması üçün vəsatət verib və bununla da Saldananın günahsız olduğu anlaşılıb.

1990-cı ildə Los-Ancelesdə dəstə üzvü olduqlarını zənn edərək avtomobildə olan 6 gəncə atəş açılıb, hücumda iki gənc yaralanıb. Hadisədən sonra Saldana həbs edilib və 45 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimyol.infio

Son xəbərlər
Bütün xəbərlər »