Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Malyuk, Ukrayna SQ-nin Krım körpüsünə zərbə endirdiyini təsdiqləyib"
Bizimyol.info xəbər verir ki, o, cümə günü "YouTube"da dərc olunan ukraynalı jurnalist Dmitri Komarovla müsahibəsində departamentin Krım körpüsünə zərbə endirilməsinə rəhbərlik etdiyi təşkilatın iştirakı ilə bağlı sualı cavablandırıb.
“Mövcud qanunvericiliyimizin normalarına, eləcə də beynəlxalq, döyüş adət və ənənələrinə uyğun olaraq, maddi-texniki bir marşrut olduğunu nəzərə alaraq, düşmənin qarşısını kəsmək məcburiyyətindəyik. Müharibə zamanı məqsədə müvafiq olaraq, müəyyən belə tədbirlər həyata keçirilir. Bəzən münaqişə ərazisinə hərbi yüklərin daşınmasının qarşısını almaq, rəqibin bölgərə daha da güclənməsinə zəmin yaratmamaq üçün bu kimi tədbilər həyata keçirilir. Bu, işğalı dayandırmaq üçün atılan addımlardan biri hesab edlə bilər”, - deyə o qeyd edib.
2022-ci il oktyabrın 8-də Krım körpüsündə yük maşını partladılıb. Nəticədə 4 nəfər həlak olub, qonşu yük qatarının çənləri yanıb. Dizel yanacağı çənlərinin yanğın sahəsi 750 kvadratmetr əraziyə qədər genişlənib. Körpünün yarımadaya doğru gedən avtomobil hissəsinin iki aşırımı dağılıb.
Hadisə baş verəndən sonra Krım körpüsündə qatarların və avtomobillərin hərəkəti 12 saat ərzində bərpa edilib. Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hadisənin arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını qeyd edib.
Qadir, Bizimyol.info