Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kissincer: Yaponiya yaxın illərdə yeni kütləvi qırğın silahı yarada bilər
Kissincer: Yaponiya yaxın illərdə yeni kütləvi qırğın silahı yarada bilər

Yaponiya yaxın bir neçə il ərzində yeni kütləvi qırğın silahları hazırlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer cümə günü "The Wall Street Journal"a müsahibəsində bildirib.

Asiyada qüvvələr balansından danışan Kissincer qeyd edib ki, Çin, onun fikrincə, dünya hökmranlığına deyil, təhlükəsizliyə can atır. Bununla yanaşı, Kissincer hesab edir ki, ÇXR regionda dominant qüvvə olmasını gözləyir. Keçmiş dövlət katibinin fikrincə, Pekin o qədər sərt mövqe tuta bilər ki, Hindistan və Yaponiya “hadisələrin məntiqinə əsaslanaraq” bununla hesablaşmalı olacaqlar.

Buna cavab olaraq, Kissincerin fikrincə, Yaponiya “özünün kütləvi qırğın silahlarını hazırlaya bilər”. Keçmiş dövlət katibinin fikrincə, bu, “üç, beş və ya yeddi il” ərzində baş verə bilər.

Mayın 27-də Kissincerin 100 yaşı tamam olur. O, ABŞ tarixində yeganə məmurdur ki, eyni vaxtda dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifələrində çalışıb. Kissincer Amerika diplomatiyasının patriarxı hesab olunur. O, xarici siyasətdə realist və praqmatist kimi çıxış edib, həmçinin 1970-ci illərdə Vaşinqtonun bir neçə cəbhədə kursunun müəyyən edilməsində əsas rol oynayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »