Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcnəbilərin Azərbaycan əmək bazarına inteqrasiyası necə həyata keçirilir?
Əcnəbilərin Azərbaycan əmək bazarına inteqrasiyası necə həyata keçirilir?

Çox zaman Azərbaycan cəmiyyəti əcnəbilərin Azərbaycan əmək bazarında iş yerlərini məşğul etməsindən şikayət edir, əcnəbilərin azərbaycanlılarla müqayisədə daha çox əmək haqqı aldığını iddia edirlər.

Əcnəbilərin Azərbaycan əmək bazarında özünə yer tutması necə həyata keçirilir? Prosedurlar sadədirmi?

“Dünyada əmək miqrasiyası ilə bağlı mövcud praktikalar var. Yəni bir çox dövlətlər üçün yerli əmək ehtiyatlarına olan ehtiyacın ödənilməsi üçün düzgün idarə olunan bir sahədir. Dövlətlər əmək miqrasiyasından maksimum mənfəət əldə edə biləcək bir siyasət həyata keçirirlər. Yəni əmək miqrasiyasının qarşısını almırlar, amma daha çox selektiv əmək miqrasiyasına üstünlük verirlər. Təbii ki, burada yerli əmək bazarına cəlb olunan şəxslərin hansısa vacib peşə sahibi olmasına, hansısa ixtisasa sahib olmasına diqqət yetirilir. Yəni yerli əmək ehtiyatlarının iddialı olmadığı yeri tutmaqla yanaşı həm də müəyyən texnologiyaları, biliyi yerli kadrlara ötürmək imkanı vermiş olur. Bu nöqteyi-nəzərdən əcnəbi miqrantların əmək bazarına cəlb olunması bu baxımdan da faydalı ola bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov danışıb. Ekspertin fikrincə, digər tərəfdən də bəzi hallarda əcnəbilər Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Hansısa hüquqi şəxs qismində fəaliyyət göstərirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan zaman onların qabağında da müəyyən tələblər qoyulur.

Azər Allahverənov Azər Allahverənov

“Yəni minimum bir sahibkarın 5 nəfər işçisi varsa, onun ən azı 4-ü Azərbaycan Respublikasının vətəndaşı olması tələbi var. Bu da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər üçün bir tərəfdən yaxşıdır ki, çox rahat şəkildə onlar bu kimi fəaliyyətlərini həyata keçirirlər. Digər tərəfdən də yerli mütəxəssisləri hər hansı bir işlərə cəlb edə bilirlər ki, bu da yerli mütəxəssislərin maraqlarına cavab verən bir haldır. Yəni əmək miqrasiyasının düzgün idarə olunması həm də bu kimi imkanlar yaratmış olur”-deyə ekspert bildirib. Onun sözlərinə görə, düzgün idarə olunan əmək miqrasiyası ölkə iqtisadiyatına müəyyən pozitiv qatqı qatmaq imkanında, pozitiv nəticələr əldə olunmasına xidmət edən bir prosedurdur. Düzgün idarə olunduğu təqdirdə, bəzi ölkələrdə bu daha qabarıq şəkildə özünü biruzə verir.

“Azərbaycanda hələki pandemiya ilə bağlı sərt karantin rejimi mövcuddur. Yəni ən azından iyul ayının 1-nə qədər quru sərhədlər bağlıdır. Gələcəkdə bu qadağalar aradan qaldırılarsa, quru sərhədlər üzərindəki qadağalar götürülərsə, sərhədlərdən rahat gediş-gəliş imkanları yaradılarsa, ölkə ərazisinə gələn əcnəbilərin sayının artdığının şahidi olacağıq”-deyə İctimai Şuranın sədri əlavə edib.

Azər Allahverənovun fikrincə, bu, belə olduğu təqdirdə, təbii ki, əmək miqrasiyasının fayda verəcək tərzdə idarə olunması zərurəti daha qabarıq şəkildə özünü biruzə verəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »