Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göygöldə selə düşən 2 nəfərin meyiti tapılıb
Göygöldə selə düşən 2 nəfərin meyiti tapılıb

Mayın 25 də axşam saatlarında qərb istiqamətində yağan güclü leysan yağışlar nəticəsində Göygöl rayonunun Kərəmli, Topalhəsənli, Şəhriyar və Zurnabat kəndlərində sel sularının səviyəsi artıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinverilən məlumata görə, rayon ərazisində selin apardığı 2 nəfərin meyiti tapılıb.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir.

Məlumatda bildirilir ki, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir".

Son xəbərlər
Bütün xəbərlər »