Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantların Azərbaycan əmək bazarına daxil olması proseduru necədir?
Miqrantların Azərbaycan əmək bazarına daxil olması proseduru necədir?

Azərbaycana gələn turist sayı 60 faiz artıb. Çindən gələn 4,3 dəfə, Hindistan 4,2 dəfə, Pakistandan 2 dəfəyə yaxın artıb.

Miqrantların Azərbaycan əmək bazarına daxil olması proseduru necədir?

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açqılamasında bildirib ki, pandemiya dönəmində quru sərhədlər bağlı idi və quru sərhədlər üzərindən gediş- gəliş yox idi. Hətta ilkin mərhələdə hava sərhədləri də bağlı idi. 2021-ci ilin mart ayından sonra hava sərhədləri açılsa da, istənilən halda pandemiya dönəmində bütövlükdə quru sərhədlərin bağlı olması, istər-istəməz ölkəyə gəlib-gedən miqrantların sayında kəskin azalmaya səbəb olmuşdu.

Azər Allahverənov Azər Allahverənov

“Əlimizdə müəyyən statistik rəqəmlər var idi. Pandemiya illərində, yəni ortalama pandemiyaya qədər əgər ölkə ərazisində olduğu yer üzrə qeydiyata alınan əcnəbilərin sayı 800 min civarında idisə, pandemiya dönəmində bu rəqəm 130,140 minə düşmüşdü. İndi artıq pandemiya qadağaları demək olar ki, əsasən götürülüb.

Düzdür, quru sərhədləri hələ də bağlıdır, amma hava nəqliyatı vasitəsilə miqrasiya mübadiləsi kifayət qədər intensivləşir”,- deyə Azər Allahverənov bildirib.

İctimai Şuranın sədri qeyd edib ki, keçən ilin 2022-ci ilin sentyabr-oktyabr ayından etibarən, statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ölkə ərazisinə həmin dövrdə Pakistandan, Hindistandan gələn miqrantların sayında kəskin artım müşahidə edilməyə başlayıb.

“Biz də bu prosesi nəzarətə götürdük. Və bizim də onlarla ayrı-ayrı qrup təmsilçilərilə görüşdüyümüz zaman aşkar elədik ki, onların müəyyən bir qismi ölkə ərasisinə turist vizası ilə, digər bir qismi isə təhsil vizası ilə daxil olur. Təhsil vizası ilə gələnlər buraya gələrək, ali təhsil müəssələrində hazırlıq kurslarına qəbul olunurlar, müqavilə bağlayırlar, ödənişlərini edirlər. Bu əsasda onlara müvəqqəti yaşama icazəsi verilir.

Turist vizası ilə gələnlər cəhd edirlər ki, gəlsinlər burda əmək fəaliyyəti ilə məşğul olsunlar. Amma turist vizası ilə ölkə ərazisinə gələn şəxslər əmək fəaliyyəti ilə məşğul ola bilməzlər, bu bir qayda olaraq qadağan olunur. Buna görə də, həmin şəxslər iş vizası ilə ölkə ərazisinə daxil olmalıdırlar. Sonra adiyatı üzrə onları işə götürən tərəf iş icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir”,- deyən Azər Allahverənov bildirib ki, iş icazəsinin verilməsi müəyyən olunmuş kvotalar çərçivəsindədir. Onun sözlərinə görə, əmək miqarsiyası izni ilə bağlı məsələlər Miqrasiya Məcəlləsinin konkret maddələri ilə tənzimlənir.

“Əmək miqrantlarının ölkəyə gəlməsi, yerli əmək bazarında hansısa gərginliyə və ya problemlərin yaranmasına səbəb olurmu” sualına gəldikdə isə, ekspert bildirib ki, ölkə ərazisinə daxil olan miqrantlar, burada əmək fəaliyyəti ilə məşğul olmaq istəyənlər istər-istəməz əmək bazarında müəyyən vakant yerləri tutmağa cəhd edirlər. Bunun üçün də dövlət iş icazəsi verməmişdən qabaq həmin şəxsi işə götürmək istəyən şəxslərə tövsiyyə edir ki, onlar yerli kadrlar arasında hansısa vakant yerə mütəxəssis və ya hansısa peşə sahibini götürsünlər. Əgər yerli əmək bazarında yerli kadrlardan həmin bu və digər vəzifəyə iddialı olan şəxs yoxdursa, belə olduğu təqdirdə əcnəblərin işlə təmin olunması məsələsində dövlət müfaviq qaydada iş icazəsi verə bilir. Nəticə etibarı ilə şəxs əmək fəaliyyəti ilə məşğul olmağa başlayır. Əmək kvotası dediyimiz alət bütövlükdə əmək miqrasiya sahəsində proseslərin cəmiyyətin və dövlətin marağlarına uyğun idarə olunması üçün istifadə edilir.

“Təbii ki, Miqrasiya Məcəlləsində bəzi hallar da var ki, ölkə ərazisinə gələn əcnəbilər iş icazəsi almadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Miqrasiya məcəlləsinin 64-cü maddəsi konkret olaraq, iş icazəsinin alınması tələb olunmayan halları göstərir. Kifayət qədər çox sayda hallar var. Burada 20-yə yaxın hallar sadalanır. Bu hallarda əcnəbilər iş icazəsi əldə etmədən əmək fəaliyyəti ilə məşğul ola bilərlər”,- deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, iş icazəsinin alınması tələb olunmayan hallara uyğun olaraq, əmək bazarında iş- əmək fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edən əcnəbilər təbii ki, artıq o yerli bazarda həmin vakant yerə iddialı olan yerli kadrları müəyyən mənada sıxışdıra bilir. Çünkü bu hallarda onlardan iş icazəsi tələb olunmur.

“Məsələn Azərbaycan Respublikasının vətəndaşı ilə nigahda olan, daimi yaşama icazəsi almış və kifayət qədər geniş spektrli, sadalanan məqamlar var ki, o zaman iş icazəsi tələb olunmur. Həmin şəxslər çox rahat bir şəkildə yerli kadrların tuta biləcəyi vəzifələrə təyin oluna bilirlər. Əmək bazarında gərginliyi bu şəxslər yarada bilir. 64-cü maddəyə uyğun gəlməyən şəxslər, yəni iş icazəsinin alınması mütləq olan şəxslərlə bağlı dövlət əmək bazarında əcnəbi miqrantların hər hansı bir formada gərginlik yaratmasının qarşısını almaq iqtidarında olur”,- deyə Azər Allahverənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »