Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin heç bir şansı yoxdur”- ABŞ prezidentliyinə namizəd Desantisdən ritorika dəyişikliyi
“Putinin heç bir şansı yoxdur”- ABŞ prezidentliyinə namizəd Desantisdən ritorika dəyişikliyi
Florida qubernatoru Ron DeSantis Respublikaçı tərəfdarlar arasında Donald Trampın əsas rəqibinə çevrilə bilər. 44 yaşlı Desantis Ağ Evə namizədliyini sosial şəbəkənin sahibi İlon Maskla Twitter-də açıqlayıb.

Ölkə.az “AP News”a istinadən xəbər verir ki, o, açıqlaması zamanı bildirib ki, Amerikanın tənəzzülü qaçılmaz deyil - bu seçimdir.

“Və biz yeni bir istiqamət seçməliyik. Yəni, Amerikanın yenidən doğulmasına aparacaq yolu", - deyə Desantis bildirib.

BBC-nin məlumatına görə, sorğular Desantisin Respublikaçılar arasında cəmi 20% dəstəyə malik olduğunu göstərsə də, Donald Trampın 58%-i ilə müqayisədə o, hələ də mühafizəkarlar spektrində ikinci yerə güclü namizəddir.

“Tramp uduzsa və ona qarşı məhkəmə iddiaları başlasa, Desantis respublikaçıların əsas namizədinə çevrilə bilər. Bəli, Florida ştatının yerli əhalisinin əksəriyyəti bu ştata rəhbərlik edən Desantisi dəstəkləyir”, -deyə nəşr bildirib.

Onu da əlavə edək ki, mart ayında Fox jurnalisti ilə müsahibə zamanı Ron Desantis Rusiya ilə Ukrayna arasındakı münaqişəni “ərazi mübahisəsi” kimi səciyyələndirib və o, Ukraynaya həddindən artıq yardım edən Baydeni tənqid edib.

Bu açıqlamalar siyasi dairələrdə xeyli tənqidə səbəb olub. Beləliklə, cəmi bir neçə həftə ərzində Desantis fikirlərini səslədirmək üçün seçdiyi sözlərin səhv olduğunu etiraf edib.

“Əgər mənim səlahiyyətimdə olsaydı, mən bu əraziləri mütləq Ukraynaya qaytarardım”, - deyə siyasətçi bildirib və qeyd edib ki, bu ərazilərin Rusiya tərəfindən ilhaqına heç bir əsas yoxdur.

Desantisin fikrincə, Rusiyanın Ukraynaya qarşı indiki hərəkətləri də açıq-aşkar işğaldır. Lakin qubernator ABŞ qoşunlarının Ukraynaya göndərilməsinin əleyhinədir və bununla da Bayden administrasiyasının bu məsələ ilə bağlı rəsmi mövqeyini əks etdirir.

Desantis hesab edir ki, Putinin Ukrayna ilə müharibədə qalib gəlmək şansı yoxdur. Onun sözlərinə görə, bu, Rusiya prezidentinin özünün mövcudluğunu və səlahiyyətini təhlükə altına qoyur. Desantisin müşahidə etdiyi odur ki, Ukrayna hökuməti Rusiyanın təzyiqlərinə boyun əymir və bu, onun fikrincə, müsbət haldır.

Eyni zamanda, siyasətçi Ukraynaya silah tədarükünün artması ilə əlaqədar Vaşinqton və Moskva arasında gərginliyin mümkün artması ilə bağlı narahatlığını ifadə edib.

Desantis həmçinin xeyli sayda etnik rusun yaşadığına inandığı Donbas və Krımda Rusiya ilə Ukrayna arasında münaqişənin nə qədər davam edə biləcəyindən, vəziyyətin uzun müddət dayana biləcəyindən və dinc əhali arasında çoxlu sayda itkiyə səbəb ola biləcəyindən narahatdır.

Son olaraq qeyd edək ki, 2024-cü ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »