Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Münasibətlərin tənzimləməsinə və sülh müqaviləsinin imzalanmasına ciddi inam formalaşıb"
"Münasibətlərin tənzimləməsinə və sülh müqaviləsinin imzalanmasına ciddi inam formalaşıb"

“Azərbaycan və Ermənistan liderləri arasında Brüssel formatı çərçivəsində son görüşdən sonra münasibətlərin tənzimləməsinə və sülh müqaviləsinin imzalanmasına ciddi inam formalaşıb. Bu şərtlər daxilində Ermənistan baş nazirinin də bəyan etdiyi kimi, qarşılıqlı şəkildə Azərbaycan və Ermənistan ərazi bütövlüyü və dövlət suverenliyinə hörmət şərtləri daxilində sülh müqaviləsinin imzalanması bir sıra gücləri xüsusilə də Cənub-Şimal qonşumuzu ciddi şəkildə narahat edib. Mümkün olan bütün variantlardan istifadə etməklə, Nikol Paşinyanın da qeyd etdiyi kimi 86,6 min kvadrat km və və 29,8 min kvadrat km sərhədlər daxilində qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına xidmət edən, sülh razılaşmasının imzalanmasının qarşısını almağa çalışırlar”.

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Politoloq bildirib ki, burada vacib elementlərdən biri Ermənistanda mövcud olan revanşist qüvvələrinin hərəkətə gətirilməsi və əks mövqeyinin cəmiyyət tərəfindən daha geniş şəkildə qəbul edilməsinə nail olunmasıdır.

Anar Əliyev xatırladıb ki, son dövrlər Ermənistan mətbuatının vasitəsi ilə, Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq səlahiyəti olmadığını və belə bir sənəd imzalanarsa heç bir hüquqi status daşımayacağı ilə bağlı əsassız fikirlər səslənməkdədir.

“Eyni zamanda keçmiş xarici işlər naziri Askaryanın da dilindən biz “belə bir razılaşma imzalanarsa, bu tarixi Azərbaycan və Ermənistan arasında münasibətlərin tarixi axarına ciddi bir təsir edə biləcək hadisə olmayacağını, yəni qısa müddət sonra Ermənistanda hakimiyyət dəyişikliynə nail olmaqla, yeni gələcək komandanın bu razılaşmanı qüvvədən salacağı ilə bağlı fikirlər öz əksini tapıb.

14 May görüşündən sonra Ermənistanın Qarabağ yükündən, Qarabağ erməniləri yükündən azad olması istiqamətində ortaya qoyduğu mövqe həm də, Qarabağdakı separatçı qüvvələri və onlar üzərindən oyunlar qurmaq istəyən gücləri, erməni diaspor nümayəndələrini ciddi şəkildə narahat edib.

Azərbaycanın güclənən mövqeyi və Ermənistanın bir sıra şərtləri diqtə etmək gücü həmin qüvvələri panik vəziyyətə salıb.

Onlar bu gün artıq daha çox psixoloji gərginlik vəziyyətində proseslərə reaksiya verməkdədirlər”-deyən politoloq əlavə edib ki, bu onu göstərir ki, həmin güclər də sonlarının yaxınlaşdığını çox gözəl dərk edirlər.

Anar Əliyev qeyd edib ki, məhz bunun nəticəsidir ki, Qarabağdakı separatçı qüvvələrin lideri Rusiya hakimiyyət orqanlarına, xüsusilə də prezident Vladmir Putinə “10 Noyabr” bəyanatının tələblərinin yerinə yetirilməsi və bu tələblər çərçivəsində Laçın yolunda təchiz edilən Azərbaycan nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı çağırış edib.

Politoloq hesab edir ki, bu bir erməni riyakarlığı və erməni iki üzlülüyüdür.

Çünkü Arutunyan və digərləri də çox gözəl anlayırlar ki, “10 noyabr” bəyanatında Laçın dəhlizinin yalnız hümanitar məqsədlərlə istifadə olunması razılaşdırılmışdır.

“Aprel ayının 23-nə kimi biz bu yoldan Ermənistanın Rusiya silahlı sülh məqamlı qüvvələrinin, xüsusilə də separatçıların hansı məqsədlərlə istifadə etdiyini çox yaxşı gördük. Bunu bütün dünya ictimaiyyəti müşahidə etdi. Bu yoldan Qarabağdakı Ermənistan silahlı qüvvələrinin silahlandırılması, eyni zamanda bölgəyə minaların daşınması və Azərbaycanın Qarabağ bölgəsində minaların düzülməsi bununla da Azərbaycanlıların işğaldan azad olunmuş torpaqlarımıza geri qayıdışı prosesinə əngəl törətmək məqsədi daşıdığını, bu istiqamətdə istifadə etdiyini müşahidə etdik. Bu, Azərbaycanı beynəlxalq hüquqla tanınan haqlarından istifadə edərək, öz ərazisində nəzarət buraxılış məntəqəsi təchiz etmək məcburiyyətində qoydu”-deyən politoloq hesab edir ki, Azərbaycan bu addımı atmaqla, əslində bölgəmizdə separatizmin kökünün birdəfəlik və əbədi olaraq məhv etmək istiqamətində çox ciddi bir nəticə əldə etmiş oldu.

Anar Əliyevin fikrincə, indiki şəraitdə Artunyan kimilərinin, eyni zamanda Babayan və Vardanyankimilərinin sərsəmləmələri, ölüm ayağında olan birinin son çırpıntısı kimi qiymətləndirilməlidir.

“Əslində onlar çox yaxşı başa düşürlər ki, artıq heç bir qüvvə, arxalandıqları heç bir dövlət onları bu labüd və zəruri məhvdən xilas edə bilməyəcək. Onlar artıq məhv olub, tarixin arxivinə sürüklənməkdədirlər. Azərbaycanın ortaya qoyduğu bu iradəni dəyişə biləcək heç bir qüvvədə mövcud deyil. Amma bu bəyanatlar həm də, Ermənistan tərəfindən və Qarabağdakı separatçı qüvvələr tərəfindən növbəti təxribatların anonsu kimidə qiymətləndirilə bilər. Buna görə də, mümkün qədər daha diqqətli daha ayıq olmalıyıq. Hər bir təxribat addımına daha kəskin şəkildə və qat-qat ağır formada cavablarını verməliyik. Onlar bilməlidir ki, istənilən təxribat növbəti dəfə terrorçuların məhv edilməsi ilə nəticələnəcək. Bu prosesi geriyə qaytarmaq, tarixi geriyə çevirmək mümkün deyil”-deyən politoloq hesab edir ki, Ermənistanda da bunu kifayət qədər aydın şəkildə dərk edən insanların sayı artmaqdadır. Bunun nəticəsidir ki, həmin insanlar təkidlə Ermənistan hakimiyyətindən Azərbaycanla sülh razılaşmalarının imzalanmasını tələb edirlər.

Anar Əliyevin sözərinə görə, yaxın vaxtlarda baş nazirlərin müavinləri səviyyəsində keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan arasında münasibətlərin qurulması və əlaqələrin yaranması istiqamətində yol xəritəsini özündə əks etdirə bilən bir razılaşmanın imzalanmasının müşahidə edə biləcəyik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »