Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda separatçı rejimin varlığına Azərbaycan göz yuma bilməz"
"Qarabağda separatçı rejimin varlığına Azərbaycan göz yuma bilməz"

Qarabağ separatçılarının rəhbəri Arayik Arutunyan rəsmi Bakını danışıqalara çağırıb. Arayik hesab edir ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülh danışıqları aparması qanunsuzdur… Rəsmi Bakı danışıqları məhz onunla aparmalıdır. Əslində bu çağırış absurd bir addımdır. Arayiklə danışıqkara getmək, onu Qarabağın rəhbəri kimi qəbul etmək olardı ki, onun da istədiyi budur. Rəsmi Bakı isə, Qarabağda yaşayan erməni icması ilə danışıqlara gedəcəyini dəfələrlə bəyan edib…

“Qarabağ separatçıları siyasi gündəmi müəyyən edə bilməz. Onların tələbləri və yaxuddakı təkliflərinə baxıla belə bilməz. Yəni onlar bizim üçün heç kimdir. Onların hadisələrə müdaxilə etməsi də yersizdir. Lakin bir məsələ var ki, onlar - yəni separatçılar regiona təhlükələr törədir və həmin bu rejimin mövcudluğu bu ərazidə müxtəlif qeyri-qanuni silahlı qüvvələrin fəaliyyəti yol verilməzdir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlqar Vəlizadə danışıb. O, qeyd edib ki, Azərbaycan tərəfi açıq şəkildə bu məsələni müzakirə edir.

Politoloq İlqar Vəlizadə Politoloq İlqar Vəlizadə

“Bu gün Moskvada bu məsələ xüsusi müzakirə ediləcək. Azərbaycan tərəfi onların tərkisilah edilməsi ilə bağlı məsələlər qaldırır, eyni zamanda qondarma rejimin fəaliyyətinin də dayandırılması ilə bağlı tələblər irəli sürür. Azərbaycan üçün Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan erməni əhalinin fəalları ilə danışmaq məqbuldur”-deyən politoloq bildirib ki, rəsmi Bakı bu ssenari üzərində konkret işləyir. Yerli erməniləri bu danışıqları təşkil etməyə və yaxud da bu danışıqlarda iştirak etməyə dəvət edir.

Vəlizadə hesab edir ki, bu danışıqlar xarici müşahidəçilərin iştirakı olmadan həyata keçirilməlidir. Danışıqlarda qondarma rejimin rəsmiləri iştirak etməməlidir.

“İctimai fəallar iştirak edə bilər, müəyyən təbəqələrin rəyini bildirə bilən insanlar iştirak edə bilər. Bu formatda - rəsmi Bakı və erməni icmasının müəyyən nümayəndələri arasında ola biləcək danışıqlar bizim üçün məqbuldur. Danışıqlar prosesində istər Vaşinqtonda, istər Bürüsseldə, istər Moskvada biz açıq şəkildə bunu deyirik”,- deyən İlqar Vəlizadənin fikrincə, əgər bizim təkliflərimiz və şərtlərimiz qəbul olunmasa, Azərbaycan tərəfi buna göz yuma bilməz. Qarabağda separatçı rejimin fəaliyyətini davam etdirməsinə, qeyri-qanuni silahlı qrupların fəaliyyət göstərməsinə Azərbaycan göz yuma bilməz. Təbii ki, onlarla bağlı tədbirlər görüləcək. Onların tərkisilah olunması ilə bağlı müəyyən planlar həyata keçirilə bilər.

İlqar Vəlizadə bildirib ki, hal-hazırda Azərbaycan məsələni danışıqlar yolu ilə çözmək istəyir.

“Moskvada yəqin ki, bu məsələ ətraflı şəkildə müzakirə olunacaq”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »