Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan sülh imzalananda İrəvana qayıtmalı olan separatçıları Qarabağda "basdırmağa" çalışır"
"Paşinyan sülh imzalananda İrəvana qayıtmalı olan separatçıları Qarabağda "basdırmağa" çalışır"

Erməni nəşri “Past” yazır ki, Paşinyan Qarabağı ermənilərin əli ilə verməyə cəhd edir. Yəni Ermənistanın keçmiş prezidentləri və qondarma respublikaısnın “prezidenti” Arayik Arutunyan da belə hesab edir. Qəzetin məlumatına görə, Arayik Paşinyanın təzyiqlərinə məruz qaldığını da dilə gətirib. Görünən odur ki, Azərbaycanla sülh danışıqları Ermənistanda böyük qüvvələrin narazılığına səbəb olur və bunu da müxtəlif şəxslərin, eləcə də Arayikkimilərin dilindən müxtəlif formalarda səsləndirməyə çalışırlar. Araik Arutyunyan apardığı siyasi konsultasiyalara baxmayaraq, Samvel Babayan və digərləri arasındakı narazılığı aradan qaldıra bilməyib.

Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağda ola separatçı rejimlə hər zaman Ermənistanda olan hakimiyyət arasında fikir fərqliliyi, fikir müxtəlifliyi olub.

Ramiz Alıyev Ramiz Alıyev

Alıyevin fikrincə, həmin separatçı rejimdən Ermənistan hakimiyyəti müxtəlif dövrlərdə istifadə edib, eyni zamanda onların əli ilə beynəlxalq təşkilatlardan və xarici ölkələrdən maliyyə qopardıblar.

“Onlar hesabtlarında Qarabağda olan əhali, xalq siyahısında sayı həddən artıq yazırlar. Guya əziyyət çəkirlər və çox acınacaqlı durumdadırlar. Onlara kömək adı ilə həmin separatçıların əli ilə, orada yaşayan erməni əsili vətəndaşların adına pullar, maliyyə alırlar. Həmin maliyyəni təbii ki, onlara vermirlər. Özləri öz şəxsi məqsədləri üçün sərf edirlər.

Mən hər zaman onların addımlarını xüsusilə izləmişəm. Digər izləyən siyasətçilər də bilir ki, bütün dönəmlərdə orada olan separatçı rejimlə Ermənistan rəhbərliyi arasında fikir ayrılığı o zaman yaranır ki, onlara ayrılan o maliyə “ədalətli” bölünmür. Yəni separatçı rejim həmin maliyəni çox hissəsini özünə götürəndə, artıq Ermənistanda olan rəhbərlik bu separatçılarla münasibətləri pozmağa çalışır, onlara müxtəlif formalarda təsir etməyə başlayırlar”-deyə politoloq bildirib.

Ramiz Alıyev hesab edir ki, Paşinyan artıq dalana “dirənib”. Belə ki, Paşinyanın Azərbaycan ərazisinin bütövlüyünü tanıması, Azərbaycanın sərhədlərini tanıması bunu sübut edir.

Politoloq bildirib ki, Ermənistanın baş nazirinin belə bir fikir səsləndirməsindən sonra yenə də Ermənistanı və həmin separatçıları özlərinə alət kimi istifadə edən, özünə alət kimi saxlayan qurumlar, beynəlxalq təşkilatlar və yaxud da hansısa ölkə Paşinyanın dediyinin əksini deyir. Bu da həqiqətən riyakarlıqdır. Çünkü həmin separatçıların əli ilə beynəlxalq təşkilatlar da, müxtəlif dövlətlər də öz büdcələrindən vəsaitlər silirlər. Onların adına milyardlarla dollar vəsait ayırıb, sonradan öz paylarını oradan götürürlər.

“Yəni bunlar hamısı məlum məqamlardır. Bunu çox insan çox yaxşı başa düşür. Bu günlərdə Araik və orada olan digər qondarma vəzifədə olanlar arasında hansısa bir münaqişə və yaxud hansısa bir vəzifə uğrunda mübarizə onlar üçün normaldır. Çünkü orada əsas mübarizə maliyyənin və onlara ayrılan yardımın bölünməsi uğrunda gedir. Orada nə Araik, nə Babayan, nə Paşinyan nə də digərləri hansısa orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının halına acımırlar və onların gələcəyini düşünmürlər.

Xatırlayırsınızsa, bundan öncə də bir neçə dəfə Araikin yanına başqa şəxslər başqa Balayanlar, Babayanlar və digərləri yerləşdirilmişdi. Qərbin sanksiyaalrından qorunmaq üçün Vardanyan da gəlmişdi. Qarabağda olan separatçı rejim bir növ terrorçu qruplaşmadır. Onlar orada yaşayan insanları təsir dairəsində saxlayırlar.

Bu günlərdə onlar arasında daha da mübarizə kəskinləşəcək. Çünki artıq Paşinyan da çox yaxşı bilir və açıq etiraf edir ki, geriyə addım yoxdur. Artıq bütün variantlar bitib. Onlar arasında münaqişələr və münasibətlərin korlanması da davam edəcək”-deyən politoloq hesab edir ki, sülh müqaviləsi imzalananda separatçı rejim də İrəvana qayıdacaq. Onlar orada Paşinyan üçün də müəyyən təhlükələr yaradacaq. Çünki onlar Paşinyana rəqibdirlər. Paşinyan da bunu çox yaxşı bilir və ona görə çalışır ki, onları yerindəcə zərərləşdirsin.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »