Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İosif Stalinin qərarı ilə mayın 18-nə keçən gecə Krım tatar türkləri 15 dəqiqə ərzində öz vətənlərindən didərgin salınıb"
"İosif Stalinin qərarı ilə mayın 18-nə keçən gecə Krım tatar türkləri 15 dəqiqə ərzində öz vətənlərindən didərgin salınıb"

Ankarada Krım tatar sürgününün 79-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Krım və Türkiyə himni səsləndirildikdən sonra tədbir Engin Yağcının duası ilə davam etdi. Ticarət Avrasiya Baş Koordinatoru Dr. Hikmət Çıranın moderatorluğu ilə keçirilən konfransda Krım Tatar Mədəniyyət Dərnəkləri Federasiyasının prezidenti, Krımın İnkişaf Fondunun prezidenti Ünver Sel çıxış edərək, 79 il əvvəl baş vermiş Krım tatar sürgünündən danışdı. Ünver Sel 1944-cü il mayın 18-də Krım tatarlarının yarımadadan deportasiyasına başlanmasından, bir ay sonra isə yunanlar, bolqarlar, ermənilər və digər xalqların nümayəndələrinin oxşar bəhanə ilə Krımdan qovulmasından söz açdı.

“1941-ci ilin avqustunda almanlar, 1942-ci ilin fevral-mart aylarında isə italyanlar yarımadadan qovuldular. 1994-cü ildə Krım Muxtar Vilayəti Parlamenti 18 May tarixini Krım sürgün qurbanlarının anım günü kimi qeyd edir. 2017-ci il aprelin 17-də Rusiya prezidenti Vladimir Putin Krımdan qanunsuz olaraq qovulmuş xalqlara və ya onların qohumlarına (baba-baba, ata, ana, ər, arvad, uşaqlar, nəvələr, qardaş, bacı) bir sıra müavinətlər, eyni zamanda Rusiyada yaşamaq icazəsi, o cümlədən sənədlərin təqdim edilməsi üçün sadələşdirilmiş proseduru nəzərdə tutan qanunu imzaladı”-deyə Üncer Sel əlavə edib.

Tədbirdə çıxış edən araşdırmaçı jurnalist Ömür Çelikdönmez qeyd etdi ki, Sovet İttifaqının lideri gürcü əsilli İosif Stalinin qərarı ilə mayın 18-nə keçən gecə Krım tatar türkləri 15 dəqiqə ərzində öz vətənlərindən didərgin salınıb.

“Sovet hakimiyyəti altında müsəlman türk toplumlarına qarşı digər etnik ünsürlərin zülmü və sürgünləri bu gün rus xalqına bildirilməlidir. Bu gün Krım tatar türkləri öz vətənlərində öz dillərində danışır və yazır, öz dillərində yayımlanan televiziya və radio kanalları var, məktəblərdə tatar türkcəsində təhsil verilir, minarələrində beş dəfə azan oxunur”-deyə Ömür Çelikdönmez əlavə edib.

Krımın Dostları Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Rıdvan Aras isə Krımın tarixi və mədəni kontekstdə strateji əhəmiyyətindən danışdı.

Daha sonra Türk Hərəkat Dərnəyinin sədri, istefada olan Baş Qərargah Polkovnik Atilla Şimşək, Avrasiya Kültür Dərnəyinin sədri Sami Noğay, Ticarət Avrasiya Baş Koordinatoru Dr. Hikmət Çıra Krımla bağlı fikirlərini paylaşdılar.

Tədbirdə, Prezidentliyə namizədlərdən Dos. Dr. Halil Murat Ünver, Cihan Partiyasının sədri Kürşad Emre Öğretmen, Milli Yol Partiyasının sədri Remzi Çayır, Dünya Anadolu Sahibkar Sənayeçi İş Adamları Dərnəyinin prezidenti Mustafa Karamustafaoğlu, Krım İnkişaf Vəqfi prezidentinin köməkçisi Nusret Tuzak və digərləri iştirak edirdi.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »