Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Elmira Axundovanı səfir vəzifəsindən geri çağırıb
Prezident Elmira Axundovanı səfir vəzifəsindən geri çağırıb

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bizimyol.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bundan başqa Prezident Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılıb.

Prezidentin digər Sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər
Bütün xəbərlər »