Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Qarabağla bağlı fikirləri ölkədə gərginlik yaradıb
Paşinyanın Qarabağla bağlı fikirləri ölkədə gərginlik yaradıb

“Hayastan” fraksiyasının təmsil etdiyi parlament müxalifəti Ermənistanın baş nazirinin səsləndirdiyi tezislərin qəbuledilməz olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, fraksiya katibi Artsvik Minasyan Milli Assambleyanın növbəti sessiyasındakı çıxışında bəyan edib ki, müxalifət hazırkı rəhbərliyin ölkə və xalq üçün fəlakətli olmasının qarşısını almaq üçün hər cür səy göstərəcək. O, “bütün sağlam qüvvələri öz səylərini birləşdirməyə və hakimiyyətin xain planlarının qarşısını necə almağa” çağırıb.

“Ölkənin və vətənin maraqlarına xəyanət edən bu qüvvəni hakimiyyətdən uzaqlaşdırmaq üçün hər şeyi edəcəyik”, - deyə Minasyan bildirib.

Siyasətçi əlavə edib ki, Nikol Paşinyanın dedikləri Ermənistanın Müstəqillik Bəyannaməsi və Ali Şurasının 1992-ci il qərarı ilə tamamilə ziddiyyət təşkil edir. O, həmçinin qeyd edib ki, Ermənistan “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi kimi təqdim edən istənilən daxili və ya beynəlxalq sənədi qəbuledilməz hesab edəcək.

Minasyan vurğulayıb ki, Ali Şuranın qərarı erməni xalqı adından dərc edilib və yeganə legitim bəyanat olaraq qalır. Müvafiq olaraq, Nikol Paşinyanın bu qanuni sənədə zidd bəyanatlar vermək səlahiyyəti yoxdur. Fraksiya katibi beynəlxalq ictimaiyyətə və dünya ermənilərinə müraciət edərək bildirib ki, Nikol Paşinyan Ermənistan deyil və Nikol Paşinyanın “Dağlıq Qarabağ”ı təslim etməyə haqqı yoxdur.

Məlumat üçün bildirək ki, Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında, xüsusən Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bildirib. Bu, həm Qarabağı, həm də Sovet Azərbaycanının anklavlarını əhatə edir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »