Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əhməd bəyi fiziki olaraq aradan götürmə planı bir terror dövlətinin işi ola bilər"
"Əhməd bəyi fiziki olaraq aradan götürmə planı bir terror dövlətinin işi ola bilər"

“Hadisə Əhməd bəy Obalı Azərbaycandan Amerikaya qayıtdıqdan sonra baş verib. Və bunun terror hücumu olması haqqında detallar tam bəlli deyil. Amma bu bəllidir ki, sayın Əhməd bəy Obalı və onun oğluna hücum edilib. Onları şiddətli şəkildə döyüblər. Əhməd bəyin qolunda və barmaqlarında qırıqlar var. Ona hücum edən şəxslər saxlanılıb. Amerika polisi bu məsələni araşdırır. Təbii ki, burada ilkin versiya odur ki, hadisə terror aktıdır və Əhməd bəy deyib ki, bu maskalı insanlar və onların hücum planları onun üçün aydındır. Yəqin ki, Əhməd bəy özü bu şəxslərin kim olduğunu bilir. Hadisə ilə bağlı o sağaldıqdan sonra məlumat verəcək”….

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, bu hadisənin İran rejimi tərəfindən törədilməsi və ya bu hadisədə İran rejiminin barmağının olması heç də istisna deyil.

Sadiq İsabəyli Sadiq İsabəyli

“Azərbaycan milli hərakatında, Güney Azərbaycanda sayın Əhməd bəy Obalı zaman-zaman çox ciddi şəkildə təhdid olunub. Dəfələrlə ona bu kimi buna bənzər hücumlar olub. Fəaliyyəti dövründə həmişə buna bənzər olaylarla qarşılaşıb. Amma bu gün onu və oğlunu fiziki olaraq aradan götürmə planı, bir terror dövlətinin işi ola bilər. Burda da birinci versiyada qeyd etdiyim kimi İran rejimidir. İkinci versiyada İran rejimi ilə ermənilərin iş birliyi nəticəsində baş verə bilər. Və şübhəsiz bu planlaşdırılmış bir işdir. Bunun Azərbaycanda törədilən terrorlarla bağlı,xüsusilə millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terrorla bağlı bağlantısı ola bilər, ya yox bu da istisna olunmur. Çünki bölgədə gedən proseslər, Güney Azərbaycan milli azadlıq hərəkatında gedən təşkilatlanma və bu təşkilatlanma prosesində Əhməd bəyin müstəsna rolu bunu deməyə əsas verir ki, bu məsələdə İran rejimi və erməni terror qrupları olduqca narahatdır. Şübhəsiz, bu terror aktında da onların rolunun olmasını istisna etmirik”-deyən Sadiq İsabəyli bildirib ki, bunun hansı dövlət tərəfindən həyata keçirilməsi ciddi araşdırılmalıdır.

Sadiq İsabəyli ümid edir ki, bu istiqamətdə Azərbaycan dövlət səlahiyyətliləri, diplomatik yollarla məsələnin aydınlaşdırılmasında yardımçı olacaq.

“Heç bir qüvvə, heç bir terror rejimi bu kimi zorakılıqlarla, bu kimi terror əməlləri ilə Güney Azərbaycan Milli Azadlıq Hərəkatını və onun təşkilatlanma prosesini öz yolundan çəkindirə bilməz, aparılan milli mücadiləyə əngəl törədə bilməz və yaxud onun içində parçalanmaya, fəaliyyətlərini yavaşlatmağa nail ola bilməz.

Bu hadisə bizi, Güney Azərbaycan Milli Azadlıq Hərəkatını və Güney Azərbaycan hərəkatında fəal olan bütün qüvvələri daha da cəsarətləndirəcək. Biz öz savaşımızda və haqlı mübarizəmizdə doğru yoldayıq. Bu doğru yoldan da heç bir təhdidlə, heç bir buna bənzər terror aktlarıyla geri çəkilən deyilik. Bunu bu rejim, fars rejimi bilməlidir. Erməni qruplaşmaları, erməni terrorçuları və fars rejimi ilə əməkdaşlıq edən bütün qüvvələr bilməlidir ki, Güney Azərbaycanda gedən milli azadlıq hərəkatı bir millətin hərəkatıdır.

Bu milləti susdurmaq və onu o haqlarından məhrum etmək mümkün olmayacaq və biz millət olaraq, buna icazə verməyəcəyik”,- deyə Sadiq İsabəyli vurğulayıb.

Sadiq İsabəyli əlavə edib ki, Əhməd Obalı yaxşılaşdıqdan sonra daha genişmiqyaslı açıqlamalar özü tərəfindən veriləcək, bu prosesin hüquqi və siyasi baxımdan qiymətləndirilməsi istiqamətində ciddi işlər görüləcək.

“Biz də Güney Azərbaycan Milli Azadlıq cəbhəsi olaraq, bu məsələnin daha detallı araşdırılması ilə bağlı fəaliyyətimizi qurmuşuq, çalışmalarımızı aparırıq. Güney Azərbaycanda gedən milli azadlıq hərəkatı və millətimizin birlikdə olması, bütün bu kimi təhdidləri və terror təhdidlərini aradan qaldıracaq. Heç bir güc bizi yolumuzdan caydıra bilməz”-deyə siyasi şərhçi qeyd edib.

“Bundan sonra hədəfdə kim ola bilər?” sualına Sadiq İsabəyli cavab olaraq bildirib ki, milli fəallar arasında həm daxildə, həm də xaricdə bir çox fəallar var ki, aktivdir. Rejim də aktiv qüvvələrə, aktiv insanlara, aktiv milli fəallara qarşı addımlar atmaqla çirkin niyyətinə nail olmağa çalışır. Bu addımı rejimə ağır başa gələcək və heç bir çirkin məqsədlərinə nail ola bilməyəcək”-deyə Sadiq İsabəyli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »