Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sinan Oğan soyadının səhv yazılmasına qəzəblənib
Sinan Oğan soyadının səhv yazılmasına qəzəblənib

Türkiyədə prezident seçkilərində ilk turdan sonra mübarizəni dayandıran Sinan Oğan mətbuatın gündəmindən düşmür. Onun ikinci turda kimi dəstəkləyəcəyi böyük maraq doğurur. Çünki Sinan Oğanın tərəfdarları həlledici raundda mübarizə aparacaq iki namisəddən kimi səs vermək qərarına gəlsə, həmin şəxsin prezident olmaq şansı böyükdür.

Bizimyol.info xəbər verir ki, ATA ittifaqının namizədi soyadının səhv yazılmasından qəzəblənib. Özlem Gursəsin kanalında qonağı olan Sinan Oğan “Oğlan” ifadəsini görəndə özündən çıxıb. Tanınmış jurnalist yanlışlığa görə dərhal üzr istəyib, bunun mexaniki səhv olduğunu deyib. Amma Sinan Oğan yenə sakitləşməyib. Prezidentliyə namizədin fikrincə, onu məhz təhqir etmək üçün bu ifadədən istifadə ediblər.

“Təhqir məqsədi ilə “Oğlan” yazılırsa, buna etiraz etmək ən təbii haqqımızdır. Bu, insani bir xəta deyil, təhqir məqsədi olan yazıdır. Türkcə hansı kəlmənin nə məqsədlə istifadə edildiyini hamımız bilirik”.

Özlem Gursəs dəfələrlə üzr istəməli olub. Hətta bu situasiya da Sinan Oğanın xoşuna gəlməyib. ATA ittifaqının namizədi qeyd edib ki, üzr istəməyə ehtiyac yoxdur, çünki “Oğlan” ifadəsi bilərəkdən yazılıb.

Sinan Oğanı başa düşmək olar. Ona görə ki, “Oğlan” ifadəsi Anadolu türkcəsində, həqiqətən də kobud mənada işlənə bilir. Kişilərin cinsi ehtiyaclarını ödəyən oğlan uşağına belə ad verilir. Sinan Oğan isə ifadənin daha çox siyasi termin kimi işlədilməsi ehtimalından qəzəblidir. Prezidentliyə namizədi, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maraqlarına xidmət etməkdə günahlandırırlar. Xüsusilə müxalifətin fikrincə, Məhərrəm İncə ilə yanaşı, Sinan Oğan da hakimiyyətlə mübarizə aparan tərəfin səslərini parçalamaq niyyəti güdür. Onun müxalifəti dəstəkləmək istəməməsi ittihamların rəngini bir az da tündləşdirir.

Sinan Oğan prezident seçkilərinin ikinci turunda heç kimi dəstəkləməyəcəyini bildirib. Hərçənd onun Ərdoğanla görüşü olub. Müxalifət hesab edir ki, Oğan hakimiyyətlə sövdələşməyə gedir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »