Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Litvayada rəsmi səfərdədir
İlham Əliyev Litvayada rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Qeyd edilir ki,  bu gün - mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vilnüsdəki Prezident sarayında rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olundu.

Son xəbərlər
Bütün xəbərlər »