Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turist məkanlarını necə cəlbedici etmək olar?
İctimai Birliyin keçirdiyi tədbirdə tələbələr təkliflərini səsləndiriblər

Qafqaz Araşdırmaları Mərkəzi-ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövzusunda layihəsi ilə əlaqədar “Müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib. Bu barədə «Bizim Yol»a adı çəkilən qurumdan məlumat verilib. Məlumatda qeyd olunur ki, tələbələrin “Bir turistin gözü ilə” yanaşmaları ilə layihə çərçivəsində araşdırılması nəzərdə tutulan məkanlarda xidmət səviyyəsinə olan münasibətlər müzakirə edilib.

Birliyin icraçı direktoru Qahirə Məmmədova tədbirin əvvəlində layihə mövzusunun aktuallığından danışaraq bildirib ki, layihənin əsas tədqiqat obyekti Bakı şəhərində yerləşən üç turistik məkan-Qobustan dövlət tarixi-bədii qoruğu, Yanardağ və “Qala” Dövlət tarix-etnoqrafiya qoruğudur. Tədbirə dəvət olan kulturoloq Vüsalə Məmmədzadə hər üç məkan haqqında xüsusi qeydlərini tədbir iştirakçılarına çatdıraraq, həmin məkanlarda son dövrlərdə görülən işlərin dəyərini vurğulayıb.

Tədbirdə iştirak edən tələbələr qeyd olunan məkanların ətrafında turist cəlbediciliyini artıran istirahət yerlərinin olması, eləcə də yol infrastrukturunun qurulmasını zəruriliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

Xəbər xidməti

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »