Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyədəki prezident seçkilərinə "kasetlər" damğa vurdu" - Video
"Türkiyədəki prezident seçkilərinə "kasetlər" damğa vurdu" - Video

“Bu seçkiyə kasetlər damğa vurdu. Bir tərəfdən Məhərrəm İncənin vəziyyəti, digər tərəfdən isə, 3 youtuber-sosial media fenomeni Muhammet Yaqut, Cevheri Güven, Ali Yeşildağ adlı şəxslər hökumətə sözün əsl mənasında hücum etdilər. Bu, mühafizəkar seçiciləri tərəddüdə salmaqla yanaşı, “reisimizi yedirmeyiz” kimi də qoruyucu məntiqə sövq etdi. Bunlar olmasaydı və normal təbliğatla hərəkət edilsəydi, bəlkə də Kamal Kılıçdaroğlu daha çox səs toplaya bilərdi”...

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay danışıb. Ekspert hesab edir ki, Məhərrəm İncənin geri çəkilməsinə ehtiyac yox idi. Bunun montaj olduğunu Kılıçdaroğlu əvvəl də demişdi.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

Siyasi şərhçinin fikrincə, “Məhərrəm İncənin alacağı səslər prezident Rəcəb Tayyib Ərdoğanın seçilməsini çətinliyə salar” narahatlığı ilə onlarmı təqdim etdilər, yoxsa Kamal Kılıçdaroğlu üzərinə planlar quran bəzi qruplar və “Kılıçdaroğlu itirir, Məhərrəm İncə çəkilməlidir” deyənlərmi ortaya çıxardılar, buna Məhərrəm İncə qərar verə bilər.

“Məhərrəm İncə buna dözə bilməyib, geri çəkildi. YSK Məhərrəm İncənin səslərinin keçərli olması ilə bağlı qərar aldı. Bu qərar Türkiyəni 15 gün daha məşğul edəcək və bu müddətdə bir çox vədlərlə bərabər inflyasiyasiyanı, iqtisadiyyatı daha da çətinliyə salacaq vədlərlə qarşı-qarşıya buraxacaq. Bu da Türkiyə üçün heç də faydalı olmayacaq”-deyən politoloq vurğulayıb ki, mayın 28-də həyata seçkilər Rəcəb Tayib Ərdoğanın və müxalifətin taleyini müəyyən edəcək. Onun sözlərinə görə, əgər “Millət İttifaqı” məğlub olsa, lideləri sorğulamağa başlayacaqlar. Bəlkə də Kılçdaroğlu partiyadan uzaqlaşa bilər. Rəcəb Tayyib Ərdoğan məğlub olarsa, çöküşə uğraya bilər. Çünki o, qarşıdan gələn beş ili də hakimiyyətdə olmaq istəyir.

“Nəticə etibarilə belə risklə qarşı-qarşıya qala bilərik”,- deyə Həsən Oqtay əlavə edib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »