Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın istəkləri qəbul edilənə qədər cəbhədə və masada görüşlər davam edəcək" - Video
"Azərbaycanın istəkləri qəbul edilənə qədər cəbhədə və masada görüşlər davam edəcək" - Video

“Brüssel görüşləri doğru formada irəliləyir. Azərbaycan 30 il dünyaya öz hüquqlarını anlatmağa çalışdı. Xatırlayırsınızsa, İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, “Biz Ermənistanı 24 saatda işğal edə biləcək hərbi və siyasi gücə sahibik”... Əslində Azərbaycan müharibə etmədi. Bu, Azərbaycanın işğal altında olan torpaqlarını işğaldan azad etmək əməliyyatı idi”...

Bu barədə Bizimyol.info xəbər portlına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün danışıb. O, hesab edir ki, bu əməliyyatın nəticəsində dünya Azərbaycan və Türkiyənin yaratdığı dəhlizin gücünü gördü.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

Brüssel görüşləri davam edəcəyini vurğulayan siyasi şərhçi qeyd edib ki, “Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə Azərbaycan tərəfini bu görüşləri təxribata uğratmaqda ittiham edir. O, dedi ki, “biz görüşlər həyata keçirərkən Azərbaycan ordusu tərəfindən Ermənistana hücumlar həyata keçirilir. Azərbaycan bu görüşlərin keçirilməsini istəmədiyi üçün təxribatlar edir”. Bu fikirlər doğru deyil. Əslində, Ermənistan özü təxribatlar həyata keçirir”-deyə dərnək başqanı əlavə edib.

Səlcuq Düzgün qeyd edib ki, bu görüşlər Azərbaycanın istəkləri qəbul edilənə qədər cəbhədə də, masa ətrafında da davam edəcəkdir.

“Hər iki sahədə də biz qardaş ölkəyə Türkiyə Cümhuriyyəti olaraq, hər cür dəstək verəcəyik. Seçkidə də "Cümhur" İttifaqı qazanarasa, Azərbaycana bu dəstəklər davam edəcəkdir”-deyə Səlcuq Düzgün vurğulayıb.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »