Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin iqtisadi siyasətini dəyişmək niyyətində deyil
Ərdoğan seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin iqtisadi siyasətini dəyişmək niyyətində deyil

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək seçkilərin ikinci turunda qalib gələcəyi təqdirdə ölkənin iqtisadi siyasətini dəyişmək fikrində olmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Mən hələ baş nazir olanda nəticələr görmüşəm. Eyni siyasətin həyata keçirilməsi ilə mən yenə də nəticələri görəcəyəm, bunu bilirəm", - Türkiyə lideri deyib.

Qeyd edək ki, mayın 14-də baş tutan birinci turun nəticələrinə görə, Ərdoğan 49,51 faiz, onun əsas rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.

Son xəbərlər
Bütün xəbərlər »