Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Liqası sammitində iştirak edir
Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Liqası sammitində iştirak edir

Suriya Prezidenti Bəşər Əsəd 12 ildən sonra ilk dəfə Ərəb Liqası sammitində iştirak edir.

APA xəbər verir ki, vaxtilə Suriya müxalifətinə dəstək verən dövlətlər Əsədin hakimiyyətini möhkəmləndirməsini qəbul etdikdən sonra Şamı bu ay yenidən üzv qəbul ediblər.

Qeyd olunub ki, bu ilin fevralında Suriyanın şimal-qərbində baş vermiş dağıdıcı zəlzələdən sonra bir vaxtlar düşmən dövlətlərin Suriya hökumətinin nəzarətində olan ərazilərə humanitar yardım göndərməsi də tərəflərin yaxınlaşmasını sürətləndirib.

Qeyd edək ki, Ərəb Liqası sammitinə bu il Səudiyyə Ərəbistanı ev sahibliyi edir.

Son xəbərlər
Bütün xəbərlər »