Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan ordusunun inkişafını təmin edən amillərdən biri dünyanın güclü orduları ilə əməkdaşlığın formalaşdırılması idi"
"Azərbaycan ordusunun inkişafını təmin edən amillərdən biri dünyanın güclü orduları ilə əməkdaşlığın formalaşdırılması idi"

Bu il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi tamam olur. Məhz bu səbəbdən də, bu il Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev” ili elan edilib.

Azərbaycanın, Azərbaycan ordusunun formalaşmasında Heydər Əliyevin böyük zəhmətləri olub. Onun sayəsində Azərbaycan yenidən dirçəlib, inkişaf etməyə başlayıb. Sovetlərdən qopan Azərbaycanın güclü bir liderə ehtiyacı var idi. Və o şəxs Heydər Əliyev idi. O illəri bu gün kimi xatırlayıram, Heydər Əliyevi uzaqdan görmək üçün saatlarla gözləyərdik. Biz xalq olaraq onu çox sevirdik. Qurtarıcımız hesab edirdik. Heydər Əliyevin Azərbaycan ordusunun formalaşmasında da böyük rolu olub.

“Azərbaycan ordusunun yaradılma prosesi barəsində danışan zaman 1993-cu ildən sonrakı dövrü xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Azərbaycan ordusunu at arabasında təhvil alıb, ordu şəklində yəni artıq kompleksləşdirilmiş, ixtisaslaşmış nizami ordu şəklində özündən sonra varisinə təhvil verdi.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə Azərbaycanın rəhbəri vəzifəsinə 2-ci dəfə döndüyündə artıq 93-cü ildə Azərbaycan ordusunun yaradılması prosesi istiqamətində bir sıra addımlar atılmışdı. Yəni müdafiə nazirliyi, baş qərargah və ordunun bəzi quruplaşmaları formalaşdırılmışdı. Lakin buna baxmayaraq, silahlı qüvvələrin yaradılması istiqamətində çox ciddi natamamlıq və intizamsızlıq hökm sürürdü. Belə ki, müharibənin getdiyi bölgələrdə nizami ordu anlayışı haqqında danışmaq mümkün deyildi. Çünkü özünümüdafiə batalyonları, özünümüdafiə dəstələri şəklində formalaşmış qoşun birləşmələri bir çox hallarda bir-biri ilə yaxından əlaqədə, rabitə əlaqəsində deyildilər. Hətta bir-birinin əmr və tapşırıqlarını da icra etmirdilər. Mərkəzi komandanlıq demək olar ki, fəaliyətsiz vəziyyətdə idi. Ordunun silah texnika parkının, yəni arsenalının təchizatı məsələlərində ciddi problemlər var idi. Ordunun canlı qüvvə, zabit, gizir yəni mütəxəssis təlabatı yerinə yetirilmirdi”…

Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli danışıb. O, qeyd edib ki, məhz 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev, ali baş komandan kimi ordunun formalaşdırılması istiqamətində bir sıra addımlar atmağa başladı. İlk növbədə müdafiə nazirliyinin rəhbərliyi, peşəkar zabitlərdən və peşəkar hərbçilərdən təşkil olunmağa, qoşunlarda hərbi birləşmələr formalaşdırılmağa başladı. Bundan sonra 1994-cü ildə Azərbaycan və Ermənistan arasında bir atəşkəs imzalandı. Məhz bu dövrdə ordunun yaradılması istiqamətində, sözün əsl mənasında yaradılması istiqamətində ciddi islahatların bünövrəsi qoyuldu. Belə ki, əvvəlcə yerli özünü müdafiə dəstələri bir mərkəzə tabe edildi. Yeni hərbi hissələr, ordu birləşmələri, korpuslar yaradıldı. Ordunun təlabatına uyğun olaraq, satınalmalar edildi, silah-texnika parkı yeniləndi. Mövcud olanların əsaslı təmir modelləşmə lahiyələri həyata keçirildi. Bu dövrdə Azərbaycan ordusunun inkişafını, formalaşmasını təmin edəcək amillər istiqamətində ciddi addımlar atıldı. Azərbaycan ordusunun inkişafını təmin edən amillərdən biri də dünyanın güclü orduları ilə əməkdaşlığın formalaşdırılması idi. Azərbaycan ordusunun Türkiyə ordusu, NATO ilə və Rusiya ordusu ilə sıx əməkdaşlığı başladı. Yəni Azərbaycanlı zabitlərin və müdavimlərin adı çəkilən ölkələrin hərbi təhsil müəssələrində təhsil alması təmin olundu.

Ramil Məmmədli Ramil Məmmədli

“1994-cü ildən başlayaraq NATO ilə əməkdaşlıq formalaşdırıldı və bu proses sözün əsl mənasında Azərbaycan ordusunun dünya orduları sırasına qalxmasına səbəb oldu. Bundan sonra silahlı qüvvələrimizin sülhməramlı hərbi birləşməsi yaradıldı. Bundan sonra bu birləşmələr NATO çərçivəsində sülh məramlı missiyalarda iştirak etməyə başladı. Bir sözlə, Azərbaycan ordusunun inkişaf dövrünün əsas hissəsini, ilkin hissəsini biz Heydər Əliyevin dövrü ilə əlaqələndirməliyik. Bu onun dövründə baş verib. Daha doğrusu Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndə ona parçalanmış, mərkəzi komandanlıq olmayan, qeyri-peşəkar şəxslərin komandiri olduğu hərbi birləşmələr təhvil verildi. Onun hakimiyətdə olduğu təxminən 10 il ərzində Heydər Əliyev bu problemləri həll etmək, bu çətinlikləri aradan qaldırmaq üçün köklü fundamental addımlar atdı. Bir sıra ölkələrlə iki tərəfli hərbi əməkdaşlığa aid iki tərəfli müqavilələr, sazişlər, bəyannamələr və müəyyən razılaşmalar əldə olundu”-deyə ekspert əlavə edib.

Ramil Məmmədli qeyd edib ki,bu müqavilələrdən biri də, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə idi. Məhz bu müqavilənin 9 bəndi hərbi əməkdaşlıqla bağlı olub. Müqavilədə hərbi-siyasi və təhlükəsizlik məsələləri, hərbi-texniki əməkdaşlıq məsələləri yer alıb. 1994-cü ildə imzalanan bu müqavilə sonralar Azərbaycan və Türkiyə ordularının birgə fəaliyyətinə, inteqrasiya etməsinə səbəb oldu.

“Ordu cəmiyyət kimi canlı bir qüvvədir və dünyada orduların inkişafı fərqli formatda formalaşır, fərqli istiqamətdə inkişaf edir. Biz bir mənalı olaraq, hansısa bir ordunun artıq güclü olub yerində dayandığını söyləyə bilmərik. Bu baxımdan Heydər Əliyevin 10 illik ali baş komandanlığı dövründə, yəni ölkəyə rəhbərlik etdiyi və ali baş komandan olduğu bir dövrü həm də silahlı qüvvələrimizin inkişaf dövrü adlandıra bilərik.

Heydər Əliyev Azərbaycan ordusunu parçalanmış, mərkəzi komandanlığı olmayan, böyük əksəriyyət hərbi hissələrində nizam-intizam olmayan bir ordu birləşməsi kimi təhvil aldı. 2003-cü ildə onun 10 illik prezidentlik dövrü bitdikdən sonra bu ordunu daha mükəmməl, formalaşmış nizam-intizamlı bir mərkəzdən idarə olunan ordu şəklində təhvil verdi”-deyə Ramil Məmmədli qeyd edib.

P.S. Ümumiyyətlə Heydər Əliyevin Azərbaycan ordusu inkişafında olan zəhmətlərindən, səylərindən çox danışmaq olar. Rəqəmlər söyləmək, faktlar göstərmək olar. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, silahlı qüvvəllərimizin yaradılması tarixi 1991-ci ilin oktyabr ayına təsadüf etsə də, yəni həmin dövrdə ali sovet bununla bağlı qərar qəbul etsə də, Azərbaycan ordusunun bir ordu kimi, vahid mobil hərbi birləşmə olaraq formalaşması dövrü məhz Heydər Əliyevin hakimyəti, ali baş komandanlığı dövrünə təsadüf edir. Çünki məhz bu dövrdə ordumuz özünün lazım olan strukturunu, silah-texnika parkını, zabit-gizir heyətini, şəxsi heyətini formalaşdıra bilmişdir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”.

Son xəbərlər
Bütün xəbərlər »